Maple Trading
Satınalmalar üzrə aparıcı mütəxəssis
Son tarix 28 dek 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
- Bazarın təhlili, tələb olunan malların bazarda araşdırılması;
- Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
- Təchizatçılara sifarişlərin göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
- Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
- Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
- Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
- Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
- Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;
- Hesabatların hazırlanması və təqdim edilməsi
İş şəraiti:
- Əmək haqqı: 1000 - 1200 AZN
- İş saatı: 5 günlük rejim (09:00-18:00)
- Ünvan: Ələsgər Qayıbov 12/22
Tələblər:
- Təhsil səviyyəsi: Ali təhsil
- İş təcrübəsi: Satınalma sahəsində ən azı 1-3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübənin olması üstünlükdür)
- Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
- Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlükdür;
- 1C, ERP sistemlərdə işləmək bacarığı üstünlükdür