Make Agency
SEO Mütəxəssis / SEO Specialist
Son tarix 21 sen 2024 - [email protected]
Hansı özəlliklərə malik olmalıdır?
- SEO mütəxəssisi kimi 2 ildən artıq təcrübə
- miralinks.ru, gogetlinks.net, sape.ru və s. əsas birjalarla işləmək bacarığı;
- Xüsusi proqram və xidmətlərlə işləmək bacarığı (KeyCollector, Screaming Frog, Ahrefs, Semrush və s.)
- Google Analytics, Search Console üzrə mükəmməl bilik: data ilə işləmək bacarığı;
- HTML/CSS əsasları, semantik mikro işarələmə xüsusiyyətləri haqqında biliklər;
- Böyük üstünlük olaraq qəbul edilir:
- Elektron ticarətdə rəqabətədavamlı sorğuları Google-un TOP 3 – TOP 5-ə çıxarmaq təcrübəsi;
- Elektron ticarət (E-commerce) sahəsində təcrübə.
Vəzifə öhdəlikləri:
- Bazarın, rəqiblərin və onların inkişaf strategiyalarının təhlili;
- Açar sözlərin yığılması, təhlili və klassifikasiyası;
- Saytın analizinin aparılması, sıralamasını, istifadəsini yaxşılaşdırmaq və konversiyanı artırmaq
- Daxili optimallaşdırma, daimi təhlil və layihənin inkişaf nöqtələrinin axtarışı;
- Xarici optimallaşdırma
- Linklərin yerləşdirilməsi üçün tematik platformaların axtarışı;
- Əsas axtarışlarda Google TOP-a yüksəldilməsi;
- SEO mətnləri üçün texniki tapşırıqların tərtib edilməsi, məzmunun (content) doldurulması;
- Axtarış nəticələrinin monitorinqi, TOP-da dəyişikliklərin izlənməsi;
- Texniki tapşırıqların tərtib edilməsi.
Bizim sizə təklifimiz:
- Əmək haqqı: 1200+ azn
- Müasir idarəetmə sistemi və mehriban kollektiv;
- Bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Gələcək karyeranızın qurulması üçün geniş şərait;
- Əmək haqqı müsahibədə müzakirə olunacaq
- Iş qrafiki: 5/7 - Bazar ertəsi – Cümə: 10:00 – 19:00
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “SEO Mütəxəssisi” qeyd edərək e-mail ünvanına göndərə bilərlər.