Mado Azərbaycan
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Son tarix 11 apr 2026 - [email protected]
Restoranlar şəbəkəsinə Keyfiyyətə nəzarət üzrə mütəxəssis tələb olunur.
Tələblər:
- Müvafiq vəzifə üzrə minimum 1 il iş təcrübəsi
- Qida mühəndisliyi ixtisası üzrə Ali təhsil
- HACCP sistemi üzrə biliklər və sertifikat
- MS Office proqramları (Word, Excel) üzrə biliklər
- Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq
Əsas vəzifələr:
- İstehsalat sahəsinin qida təhlükəsizliyi və keyfiyyət standartlarına nəzarət etmək
- Məhsul və ya xidmətlərin keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək
- Xammal, yarımfabrikat və hazır məhsulun yoxlanılmasını həyata keçirmək
- Məhsulların tələb olunan standartlara uyğun görünüşünü yoxlamaq
- Bütün məhsulların eyni starndartda hazırlanmasının təmin olunmasını yoxlamaq
- Məhsulun qəbulu, istehsal, qablaşdırma və daşınma proseslərində gigiyena qaydalarına riayət olunmasını yoxlamaq
- Temperatur rejimlərinin (soyuducu, istisaxlanma, daşınma) gündəlik izlənilməsi
- Uyğunsuzluqların aşkarlanaraq aradan qalırılması üçün müvafiq bölümlərə və əməkdaşlara məlumat verilməsi
- Müvafiq hesabatların hazırlanılması və rəhbərliyə təqdim edilməsi
- İstehsal prosesində keyfiyyətə nəzarət prosedurlarını tətbiq etmək
- Müştəri şikayətlərini araşdırmaq və cavab tədbirləri hazırlamaq
- İaşə bölmələrinin sanitar gigiyena qaydalarına uyğun təmizlənməsinə nəzarət etmək
- Təyin olunan digər vəzifələri icra etmək
Şərtlər:
- Əmək haqqı 800 manat, əmək haqqı artandır
- 6 günlük iş rejimi
Müraciət üçün CV və portfolionuzu (önəmli) Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.












