M Bulak BOKT MMC
Baş mühasib
Son tarix 29 avq 2022
Tələblər:
- Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat)
- Maliyyə-mühasibatlıq sahəsində, o cümlədən rəhbər vəzifələrdə ən azı 3 il iş staj.
- Mühasibat barədə qanunvericiliyi;
- Maliyyə, vergi və təsərrüfat qanunvericiliyini;
- Müəssisənin strukturunu, onun inkişafının strategiya və perspektivlərini;
- Mühasibat balanslarının və hesabatlarının tərtib edilməsi qayda və muddətlərini;
- Yoxlama və sənədli təftişin aparılması qaydasını;
- Mühasibat uçotunun təşkilinin təkmilləşdirilməsi üzrə qabaqcıl ölkə və xarici təcrübəni;
- Əmək qanunvericiliyinin əsaslarını, daxili intizam qaydalarını, əməyin mühafizəsinin norma və qaydalarını bilməlidir.
- Azərbaijan dili – sərbəst;
- Rus dili – sərbəst;
- İngilis dili - orta.
- MS Office, 1С:Mühasibatlıq, Vergi hesabatları, BTP
Öhdəlikləri:
- Şirkətin Baş ofisinin/filiallarının mühasibat uçotunun təşkilini və ona nəzarəti həyata keçirir;
- Kredit portfeli uçotunun məlumatları ilə maliyyə hesabatının məlumatlarını müqayisə edir və onları yoxlayır;
- Mühasibat uçotunun müvafiq sahəsində sənədlərin qəbulu uzrə ilkin yoxlamanı həyata keçirir və hesablaşma prosesinə hazırlıq görür;
- Təsərrüfat əməliyyatlarının mühasibat hesabatlarında, gəlir və xərclərin formalaşmasında dəqiq və vaxtlı-vaxtında öz əksini tapmasını təmin edir;
- Şirkətin Baş ofisində/filiallarında mühasibat prosedurlarına riayət edilməsinə nəzarət edir;
- İlkin mühasibat sənədlərinə nəzarəti həyata keçirir;
- Ödəniş və hesablaşma öhdəliklərinin rəsmiləşdirilməsi qaydalarına nəzarət edir;
- Pul vəsaitlərinin, əsas vəsaitlərin və maddi əşyaların inventarlaşmasını həyata keçirir;
- Şirkətin filiallarında maliyyə və kassa nizam-intizamının uyğunluğuna nəzarət edir;
- Şirkətin işçilərinə əmək haqqının verilməsini həyata keçirir;
- Vergilər Nazirliyinə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) hesabatların təqdim edilməsini təmin edir;
- Statistika hesabatlarının, ƏƏSMN və Vergilər Nazirliyinə hesabatların düzgün və vaxtlı-vaxtında verilməsini həyata keçirir;
- Şirkətin maliyyə vəsaitlərinin düzgün şəkildə istifadə edilməsinə yönələn tədbirlərin hazırlanmasında iştirak edir;
- Əsas vəsaitlərin, az qiymətli malların və qeyri-maddi ehtiyatların mühasibat uçotunda düzgün əks olunmasına nəzarət edir;
- Maliyyə və vergi hesabatları üçün əsas vəsaitlərin amortizasiyasının düzgün hesablanmasına nəzarəti həyata keçirir;