M Bulak BOKT MMC
Risklər üzrə menecer
Son tarix 21 iyn 2026 [email protected]
Vəzifə tələbləri:
- İqtisadiyyat, risklərin idarə edilməsi, analitika, informasiya texnologiyaları sahələrində ali təhsil dərəcəsi;
- Maliyyə, bank əməliyyatları və ya əməliyyat risklərinin idarə edilməsi sahəsində iş təcrübəsi;
- MS Excel bilikləri
- Komandada işləmək bacarığı və effektiv ünsiyyət qabiliyyəti;
İşin təsviri:
- Risklərin təhlili və onların təhlükə ehtimalının qiymətləndirilməsi
- Risklərin təsirini azaltmaq üçün müvafiq tədbirlərin planlaşdırılması və həyata keçirilməsi
- Risklərə dair məlumat bazasının mütəmadi yenilənməsi
- Daxili və xarici amillərin analizi əsasında risklərin qruplaşdırılması
- Risklərin idarə olunması ilə bağlı hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Risklərin idarə olunması proseslərinin və hesabatlılıq sisteminin düzgün qurulmasının və nəzarətin təmin edilməsi
- Şirkət daxilində risklərin idarə olunması subyektləri arasında kommunikasiyanın təşkili
- Təşkilatın məhsul, xidmət və proseslərinin risk yönümlü təhlili
- Azərbaycan Respublikasının qanunvericiliyinə və daxili qaydalara uyğunluğun təmin edilməsi
- Risklərin identifikasiyası, təhlili və prioritetləşdirilməsi üçün zəruri sənədlərin toplanması və təhlili
- Yeni xidmətlərin təqdim edilməsi zamanı risk idarəetmə qaydalarına düzəlişlər edilməsi üçün tövsiyələrin verilməsi
- Risk idarəetməsi üzrə limitlər, səlahiyyətlər və risk indikatorlarının müəyyənləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
- Risk idarəetmə prosesinin davamlı monitorinqinin aparılması
- Bərpaedici tədbirlərin həyata keçirilməsinə və daxili nəzarətin gücləndirilməsinə töhfə vermək
Bilməlidir:
- Risklərin idarə olunması prinsip və metodları;
- Risk modelləri və stress-testlərin aparılması texnikaları;
- Maliyyə və bank əməliyyatlarının riskləri;
- Risk indikatorlarının yaradılması və idarə olunması;
- Risklərin qiymətləndirilmə metodları;
- Statistik və analitik təhlil metodları;
- Müvafiq qanunvericilik aktları və normativ tələblər.
İş şəraiti:
- İş saatı 09:00-18:00 dək
- Azərbaycan Respublikası Əmək məcəlləsinə uyğun sənədləşmə
- Əmək haqqı 2344 AZN (Gross)
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Risklər üzrə menecer” başlığı ilə göndərə bilərlər.















