LU - MUN Holding
İnzibati işlər üzrə mütəxəssis
Son tarix 19 yan 2024 - [email protected]
Vəzifə üzrə öhdəlikləri:
- Ofis əməkdaşlarının ləvazimatlarının sifarişi;
- Təşkilatın ofisində təmizliyin təmin edilməsi;
- Ofis və mətbəx təchizatının təşkili və icrası;
- Şirkətə aid nəqliyyat və taksi xidmətinin təşkili;
- İnzibati şöbənin fəaliyyətindən irəli gələn sənədlərin hazırlanması, yoxlanması və mühasibatlığa təqdim edilməsi;
- Ofis avadanlıqlarının düzgün işləməsinə nəzarət və yeri gəldikdə texniki xidmətinin təşkili;
- Korporativ mobil nömrələrin və mobil aparatların sifarişi və onların istifadəsindən irəli gələn sənədləşmə prosesinin təşkili;
- Ümumi büdcənin hazırlanmasında iştirak edilməsi;
- Direktorun və birbaşa rəhbərin digər tapşırıqlarını icra etməsi.
Namizədə Tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan-dili (səlis), rus və ingilis dillərində (orta) danışa və yaza bilməli;
- Komandada işləmə bacarığı;
- Əməliyyat çevikliyi;
- Yüksək ünsiyyət bacarığı;
- Nəticəyönümlülük;
- Məsuliyyətlilik;
- Cavabdehlik
İş şəraiti:
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “İnzibati işlər üzrə mütəxəssis” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.