LU - MUN Holding
Daxili Audit Meneceri
Son tarix 09 fev 2023 - [email protected]
Vəzifə üzrə öhdəliklər:
- Təyin olunmuş audit sahəsi üzrə müfəssəl və praktik audit planını hazırlanmaq;
- Audit planına aid olan fəaliyyət istiqamətlərini müəyyənləşdirmək, onların əhəmiyyətlilik dərəcəsini və fəaliyyətə xas olan məcmu risk dərəcəsini qiymət, cədvəl və keyfiyyət baxımından qiymətləndirmək;
- Təyin olunmuş daxili audit layihələrinin fəaliyyətini təmin etmək;
- Daxili auditor funksiyasını yerinə yetirməyə qadir olan işçiləri düzgün istiqamətə yönləndirmək və onlara dəstək olmaq;
- Audit Komitəsini auditin əhatəsinə dair hesabatlar və təyin olunmuş sahə üzrə audit fəaliyyətinin nəticələri ilə təmin etmək və eyni zamanda həmin nəticələrin düzgün izahını verərək yoxlama qrafikini və əhatəsini optimallaşdırmaq;
- Idarəetməyə fokuslanmış daxili audit fəaliyyətinin səmərəliliyini artırmağa yönləndirilmiş tapşırıqları effektiv idarə etmək;
- Daxili audit işçilərinin peşəkarlığını artırmaq məqsədilə təlimlər keçirmək və bu yöndə istiqamət vermək;
- İnkişaf imkanlarını müəyyənləşdirmək üçün Daxili Audit Şöbəsinin Rəhbərinə dəstək olmaq;
- Daxili audit komandası tərəfindən hazırlanan audit hesabatlarını nəzərdən keçirərək hesabatların məzmununu qiymətləndirərək, üst səviyyədəki rəhbərlik ilə müzakirə olunacaq məsələləri yekunlaşdırmaq;
- Yekun hesabatları hazırlayaraq, həmin hesabatların məzmununu cavabdeh rəhbərlər ilə müzakirə etmək;
- Daxili Audit Rəhbərinə / Audit Komitəsinə hesabat vermək;
- İcraçı rəhbərlik və əməliyyat menecerləri arasında effektiv iş əlaqələrinin qorunması istiqamətində səy göstərmək.
Namizədə Tələblər:
- Audit, iqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu üzrə ali təhsil;
- Audit və ya maliyyə/ mühasibatlıq sahəsində 5 ildən artıq iş təcrübəsi;
- Kompüter biliyi (Word, Excel, Power Point);
- Daxili Audit İnstitutunun standartları və COSO haqda güclü biliklər;
- Yerli və Beynəlxalq Mühasibat Uçotu standartları və müvafiq vergi qanunvericiliyi üzrə biliklər;
- Daxili Audit, İnformasiya Təhlükəsizliyi, Risklərin İdarə edilməsi, Dələduzluq, və Daxili Nəzarət üzrə diplom və sertifikatların mövcudluğu;
- Risklərin idarəedilməsi haqqında ümumi biliklər;
- İT auditi sahəsində ümumi biliklər;
- İdarəetmə və məxfiliyi diqqət mərkəzində saxlamaqla bölmələr arasında əməkdaşlığın aparılması və effektiv ünsiyyətin qurulması;
- Məhdud informasiya şəraitində risk, problem və həllərin düzgün müəyyən edilməsi;
- Mürəkkəb peşəkar məsələləri, qabaqcıl nöqtələrin müəyyənləşdirilməsi və bu məsələlərin strukturlaşdırılmış, analitik şəkildə həllinə səbəb olan bir maraq sərgiləməsi;
- Daxili Auditorlar İnstitutunun Beynəlxalq Peşəkar Təcrübə strukturu haqqında dərin biliklərə malik olmaq;
- Beynəlxalq Maliyyə Hesabatı Standartları (İFRS) və Beynəlxalq Audit Standartları (ISA) haqqında dərin biliklər;
- Nəzəri anlayışların tətbiq olunma məqamını düzgün və səlis müəyyən etmə və tanıya bilmə bacarığı;
- Risk və nəzarət konsepsiyalarını səlis anlama və tətbiq etmə bacarığı;
- Azərbaycan dilini işgüzar səviyyədə mükəmməl bilməli, Ingilis və Rus dillərini işgüzar səviyyədə mükəmməl bilmək arzuolunandır;
- Biznesdə ən effektiv təcrübə anlayışlarının araşdırılmasında təşəbbüskar olmaq.
İş şəraiti:
- İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır
Vakansiyaya müraciət üçün CV-ləri “Daxili Audit Meneceri” mövzusu ilə e-mail ünvanına göndərməyiniz xahiş olunur.