ÜMUMİ MƏLUMAT:
Vəzifə: Maliyyə üzrə aparıcı mütəxəssis
Departament: Maliyyə departamenti
Hesabat verir: Büdcə və Hesabatlıq şöbəsinin rəisi
Yeri: Bakı, Port Baku Towers
Əmək münasibətinin növü: Tam-ştat
ROLUN MƏQSƏDİ VƏ XÜSUSİYYƏTLƏRİ:
Bu rolun məqsədi hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə funksiyaların həyata keçirilməsi dəstək verməkdir.
ƏSAS NƏTİCƏ SAHƏLƏRİ:
- Hesabatların vaxtında və dəqiq hazırlanılması,
- Ay bağlanışı zamanı səhvlərin vaxtında aşkarlanması,
- Büdcənin vaxtında və dəqiq hazırlanılması,
VƏZİFƏ TƏLİMATLARI:
- Aylıq, rüblük və illik idarəetmə hesabatlarının/Müşahidə Şurasının hesabatlarının hazırlanılması və konsolidasiyası,
- İllik MHBS hesabatlarının və açıqlamalarının hazırlanılmasında iştirak etmək;
- Ay bağlanışı zamanı mühasibatlıq əməliyyatlarının yoxlanılması.
- ERP/Mühasibatlıq sisteminin tətbiq olunması və idarəetmə hesabatlarının avtomatlaşdırılması
- Hesablama və hesablanmış müvafiq ehtiyatların yoxlanılmasında mühasiblərə kömək etmək,
- Kənar auditorlarla sıx əməkdaşlıq göstərilməsi,
- Qrupdaxili əməliyyatları aylıq olaraq uzlaşdırmaq və fərqləri araşdırmaq
- İllik büdcənin və maliyyə proqnozlarının hazırlanılmasında iştirak etmək, büdcə və faktiki rəqəmlərin üzləşdirilməsi və kənarlaşmalar üzrə hesabatın tərtib edilməsi,
- Sifarişlərin büdcəyə uyğunluğunun yoxlanılması,
- Nəzarət mexanizmlərinin gücləndirilməsi məqsədilə qayda və prosedurların yazılması və bunlara əməl edilməsinin yoxlanılmasında iştirak etmək,
- Ödəniş sənədlərini nəzərdən keçirmək;
- Holdinqin Strategiyasının hazırlanmasında və monitorinqində iştirak;
- Hesabatlıq, büdcə və maliyyə nəzarəti üzrə digər işlər.
İŞ ÜZRƏ SPESİFİKASİYALAR:
Tələb olunan Təhsil və Təcrübə:
- Maliyyə, Mühasibatlıq uçotu və Biznesin idarəedilməsi üzrə bakalavr təhsili;
- Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi;
- Kənd təsərrüfatı və ya istehsalat yönümlü şirkətdə iş təcrübəsi arzuolunandır;
- ACCA tətbiqetmə biliklərini, ACCA PM və ACCA FR imtahanlarını müvəffəqiyyətlə keçərək bu imtahanların CIMA ekvivalentləri;
Tələb olunan Bilik, Bacarıq və Davranışlar:
- vəzifə öhdəlikləri səmərəli şəkildə yerinə yetirmək üçün işçidən tələb olunan xüsusui səriştələr və bacarıqları qeyd edin;
- Yüksək səviyyədə 1C və ya digər mühasibatlıq və Microsoft Excel proqramı bilikləri, MHBS standartlarının sərbəst tətbiqi, detallara dəqiqlik və problem həll etmə bacarığı;
- Azərbaycan-dili (əla), ingilis-dili (yaxşı), rus-dili (yaxşı);
Namizədlər öz CV-lərini [email protected] ünvanına 31 may 2021-ci il tarixinə qədər göndərə bilərlər. E-mailin “Mövzu” hissəsində “Maliyyə üzrə aparıcı mürəxəssis” vəzifənin adını qeyd edilməsi zəruridir.
İşə qəbul prosesinin növbəti mərhələyə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaq.