Lənkəran Yol Tikinti ASC
Maliyyə rəhbəri – Özbəkistan
Son tarix 06 fev 2026 [email protected]
İşin təsviri:
- Asfalt istehsalı, beton istehsalı, yolların yenidənqurulması və çəkilməsi sahələrində fəaliyyət göstərən, dinamik inkişafda olan çoxprofilli şirkət Boysun şəhərindəki layihəsinə Maliyyə rəhbəri vəzifəsi üzrə peşəkar namizəd axtarır.
İş şəraiti:
- Əmək haqqı: 6000 AZN-8000 AZN (namizədin təcrübəsinə uyğun olaraq dəyişə bilər)
- İş yeri: Özbəkistan Respublikası (Daşkənd və Boysun şəhərləri)
- Baş ofis: Bakı şəhəri, Heydər Əliyev prospekti (Heydər Əliyev Mərkəzinin yaxınlığı)
- İş rejimi: Həftədə 6 iş günü
Şirkət tərəfindən təmin olunur:
- Yaşayış (evi ilə təminat)
- Gündəlik yemək
- Digər əsas ehtiyaclar
- İldə 2 dəfə Azərbaycana gediş-gəliş (aviabiletlər)
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə strategiyasının hazırlanması, büdcə planlaması və maliyyə proqnozlarının idarə olunması.
- Maliyyə hesabatlarının, balans və gəlir-zərər hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması.
- Bank, kassa, anbar əməliyyatları və debitor/kreditor borclarının idarə olunması, maliyyə risklərinin azaldılması.
- Vergi öhdəliklərinin yerinə yetirilməsinin təmin olunması və əməkhaqqı, digər ödənişlərin planlaşdırılması.
- Audit və daxili yoxlamalar zamanı rəhbərlik, maliyyə proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması.
Namizəddən gözləntilər:
- Ali təhsil (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
- Maliyyə idarəetmə sistemləri və mühasibat proqramlarında işləmə bacarığı (LOGO və ya digər)
- MS Excel və Word proqramlarında sərbəst işləmək bacarığı
- Rəqəmlərlə dəqiqlik və məsuliyyətlə işləmək qabiliyyəti
Dil bilikləri:
- Azərbaycan dili – əla səviyyədə
- Rus dili – vacib
- İngilis dili – üstünlük sayılır
Müraciət:
Uyğun namizədlər CV-lərini mövzu hissəsində “Maliyyə rəhbəri” qeyd etməklə Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Bəy namizədlərə üstünlük verilir.










