Legion Trade MMC
Baş Mühasib
Son tarix 21 iyn 2026 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin mühasibat uçotunun tam və düzgün aparılmasını təmin etmək
- Vergi, DSMF və digər dövlət orqanlarına hesabatların hazırlanması və təqdim edilməsi
- Maliyyə hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması
- Gəlir və xərclərin nəzarəti, maliyyə intizamının təmin edilməsi
- Bank əməliyyatlarının və ödənişlərin idarə olunması
- Mühasibat komandası və gündəlik əməliyyatlara nəzarət
- Vergi və mühasibat qanunvericiliyində dəyişikliklərin izlənməsi və tətbiqi
- İstehsal əməliyyatlarının uçotunun aparılmasına nəzarət
- Xammal və hazır məhsul hərəkətlərinin izlənməsi
- İstehsal maya dəyərinin hesablanması və analiz edilməsi
- Anbar qalığı və inventarizasiya proseslərində iştirak
- stehsal xərclərinin düzgün bölgüsünə nəzarət
Tələblər:
- Maliyyə və ya mühasibatlıq üzrə ali təhsil
- İstehsal sahəsində və Baş mühasib vəzifəsində minimum 3–5 il iş təcrübəsi
- Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyini yaxşı bilmək
- 1C, Excel və digər mühasibat proqramlarında sərbəst işləmə bacarığı
- Peşəkar Mühasib Sertifikatı (PMS) üstünlükdür
- Analitik düşünmə və yüksək məsuliyyətlilik
- Komanda idarəetmə bacarığı
Digər məlumatlar:
- İş qrafiki: 6 günlük
- Ünvan: Bakı, Ulduz m/s
- Nahar şirkət tərəfindən verilir
- Əmək haqqı: 1500 AZN (başlanğıc)
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq, mövzu hissəsində “Baş Mühasibin müavini” qeyd edərək göndərmələri xahiş olunur.















