LC PROJE DANIŞMANLIK VE MÜHENDİSLİK
Tender üzrə mütəxəssis / Satınalma üzrə menecer (idxal)
Son tarix 18 okt 2024 - [email protected]
Namizədə tələblər:
- Cins: Kişi
- Yaş: 25-40 yaş
- Dil bilikləri: Azərbaycan və rus dillərində sərbəst danışıq, ingilis dili orta səviyyədə, türk dili - sərbəst
- Tenderlərlə bağlı satınalma bilikləri, e-tender sistemini bilmə
- Şirkətin fəaliyyət istiqamətlərinə uyğun tenderlərin seçimi, tender paketi sənədlərinin hazırlanması, müraciətlərin təqdim edilməsi, müqavilələrin bağlanması
- Yeni müştərilərin cəlb edilməsi
- Müştərilərə məhsullar və xidmətlər haqqında tam məlumat vermək
- EXCEL proqramını sərbəst bilmək
- Yeni məhsul qruplarının və təchizatçıların axtarışı
- Sifarişlərin icra vəziyyətinə nəzarət və yoxlama
- Kommersiya təkliflərinin hazırlanması
- Malların yüklənmə və çatdırılma tarixlərinin müntəzəm izlənməsi
- Satınalma prosesinin təşkili və müşayiəti: təchizat üçün kommersiya invoysunun alınması, təchizat müqaviləsinin tərtib edilməsi, hazırlanmış müqavilə və invoysun mühasibatlığa ötürülməsi; ödənişlərin nəzarəti
- Sənədlərin hazırlanması - qaimələr, invoyslar, gömrük orqanlarına bəyanlar üçün məlumatların təqdim edilməsi
- Tərəfdaşlar və təchizatçılarla gündəlik əlaqə
- Ezamiyyətlərə hazır olmaq
- Dürüstlük və kollektivdə işləmək bacarığı
- Yüksək məsuliyyət və diqqətlilik
Biz təklif edirik:
- İş prosesi zamanı əlavə təlim, sınaq müddəti ərzində mentor dəstəyi
- Əmək haqqı: aylıq maaş 800 AZN-dən + rüblük mükafatlar. Başlanğıc maaş namizədin kvalifikasiyasından asılı olaraq fərdi qaydada müzakirə olunur
- Əmək Məcəlləsinə uyğun tam rəsmiləşdirmə (maaş tam rəsmidir)
- Sınaq müddəti maksimum 2 ay
İş vaxtı: Bazar ertəsindən cümə gününə qədər 09:00-dan 18:00-a qədər
CV üçün e-mail [email protected]