Kristal Abşeron
Satınalma üzrə mütəxəssis
Son tarix 23 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsil,
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi (tikinti şirkətlərində iş təcrübəsinin olması üstünlük təşkil edəcək),
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan dili mükəmməl, İngilis dili və Rus dili arzuolunandır,
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
- Yaradılmış sifariş formalarının analizi;
- Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
- Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
- 5 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Aparıcı mühasib
Son tarix 23 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsil (Maliyyə, Mühasibat uçotu və ya audit);
- Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
- Mühasibatlığa dair cari qanunvericilik bilikləri (Vergi Məcəlləsi, Mülki Məcəllə və Əmək Məcəlləsi üzrə);
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları), BTP, 1C;
- E-taxes, e-gov, e-sosial və digər portallardan istifadə etmək bacarığı;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Aylıq, rüblük, illik vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
- Əmək haqqı, məzuniyyətlərin, son haqq hesab hesablanması;
- 1C mühasibat proqramında operativ uçotunun təmin olunması üçün müvafiq müxabirləşmələrin həyata keçirilməsi;
- Maliyyə hesabatlarının (MVHH, MZHH, PVHH) hazırlanması
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Aparıcı mühasib” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Memar
Son tarix 23 apr 2023 [email protected]
Tələblər:
- Memarlıq üzrə ali təhsil;
- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi (layihəni bilməli);
- Müasir tikinti norma və qaydalarını bilməli (AzDTN qaydaları əsasında);
- Archicad, Autocad proqramlarında sərbəst işləməyi bilməli;
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili bilməsi arzuolunandır.
Vəzifələr:
- Planlaşdırma zamanı texniki elementlərdən istifadə etmək və xüsusi elementlərin dizayn və hesablanması ilə bağlı mühəndislə əlaqə saxlamaq;
- Layihələri AzDTN-na uyğun işləməli və ekspertizada müdafiə etməli;
- Layihə ilə bağlı ətraflı texniki və iqtisadi hesablamalar aparmaq.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.