Kristal Abşeron
Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis
Son tarix 01 apr 2023 [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə iş təcrübəsi 1-2 il iş təcrübəsi;
- Mühasibatlıq bilikləri;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, təhlili;
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
- Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
- Maliyyə hesabatlarının hazırlanması;
- Proseslərin və xərclərin optimallaşdırılması;
- Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
- Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət;
- Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
- Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
- Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Memar – Dizayner
Son tarix 01 apr 2023 - [email protected]
Tələblər:
- Memarlıq sahəsi üzrə ali təhsil (mütləqdir);
- Müvafiq sahədə 1-3 il iş təcrübəsi;
- 3Ds max,Sketch Up, Autocad proqramlarında peşəkar işləyə bilməli, Archicad Lumian bilməyi üstünlükdür;
- Tikinti normaları, qaydaları, bilmək mütləqdir;
- Layihələndirilən obyektə dair tələblərin müəyyən edilməsi;
- Obyektə ilkin baxış və ölçü işlərinin aparılması;
- İlkin eskiz layihənin hazırlanması;
- Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı.
Vəzifələr:
- Layihə-dizayn işlərinin seçilmiş dizayn üslubuna və dizayn ideyasına uyğun olaraq müəyyən edilmiş vaxtda icrasını təmin edir;
- Layihələrin memarlıq və dizayn hissəsinin işlənib hazırlanmasını həyata keçirir;
- Seçilmiş dizayn üslubundan istifadə etməklə, qrafik dizayn ideyaları təqdim edir;
- Müvafiq proqram təminatı vasitəsilə tikiləcək obyektin vizual dizayn konsepsiyasını hazırlayır;
- Vizual dizayn konsepsiyası hazırlayarkən texniki cəhətdən mümkün olan, texniki şərtlərə cavab verən, qrafik dizaynlar hazırlayır və layihənin memarlıq, konstruksiya və digər hissələri ilə uyğunluğunu əsas götürürür;
- Layihənin vizualizasiyası zamanı tikinti prosesində eksteryer və interyerdə istifadə ediləcək materialları və onların ölçülərini nəzərə alır, onların texniki şərtnaməsini və spesifikasiyalarını hazırlamaq;
- Eskiz layihənin aidiyyəti şəxslərlə müzakirə olunması və razılaşdırılması;
- Tikintinin layihələndirilməsində aidiyyəti şəxslərlə birgə işləmək;
- Baş Memarın tələblərini və tapşırıqlarını məsuliyyətlə yerinə yetirmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Memar - Dizayner” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.