Kristal Abşeron
Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis
Son tarix 28 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil (maliyyə və muhasibatlıq sahəsi üzrə);
- Müvafiq sahə üzrə iş təcrübəsi 1-2 il iş təcrübəsi;
- Mühasibatlıq bilikləri;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi ilə bağlı maliyyə nəzarətinin həyata keçirilməsi, təhlili;
- Tədarükçülərlə və müştərilərlə daimi üzləşmələr edilməsi;
- Debitor və kreditorlarla hesblaşmalardan yaranan digər fəaliyyətlərin həyata keçirilməsi;
- Təchizatçılar və müştərilərlə mütəmadi üzləşmələrin həyata keçirilməsi və müvafiq aktların bağlanması;
- Maliyyə hesabatlarının hazırlanması;
- Proseslərin və xərclərin optimallaşdırılması;
- Avans hesablarının gündəlik izlənilməsi və balansa nəzarət;
- Xərc və gəlirlərin düzgün uçotunun aparılmasına nəzarət;
- Hesab-fakturalar əsasında təchizatçılarla əməliyyatların uçotu;
- Hesab-fakturalar və digər sifarişlərlə əməliyyatlar zamanı yaranan problemləri həll etmək;
- Mühasibat uçotunda və yekun maliyyə vəziyyəti hesabatlarında əks olunan qarşılıqlı debitor və kreditor qalıqlarının təsdiqlənməsi;
- Açıq qalan məbləğlərin mütəmadi təhlillərinin aparılması və şirkətin daxili siyasətinə uyğun olaraq idarə edilməsi;
- Mühasibat yazılışlarını mütəmadi nəzərdən keçirmək, araşdırmalar aparmaq;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Debitor və kreditorlarla hesablaşmalar üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Müştəri təmsilçisi
Son tarix 28 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
- Azərbaycan və Rus dillərini bilməli;
- MS Office proqramlarını bilmə bacarığı;
- Səlis və aydın intonasiya ilə nitq bacarığı;
- Yaxşı ünsiyyət və dinləmə qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Müştərilərin sorğularını (iradlarını, şikayətlərini və ya təkliflərini) idarə etmək;
- Problemləri dinləmək və həll edilməsini izləmək (müvafiq şəxslərin cəlb edilməsi və müştərilərə cavabların vaxtında verilməsi);
- Sorğuların vaxtında icra edilməsi və rəhbərliyə çatdırılması;
- Müştərilərə yüksək səviyyədə xidmət göstərməyi bacarmalı;
- Təşkilat üçün müştəri xidmətləri siyasətinin işlənib hazırlanması prosesində köməklik göstərmək və onları tətbiq etmək;
- Xidmətin prosedurlarını, siyasətini və standartlarını inkişaf etdirmək;
- Vəzifə təlimatına uyğun digər tapşırıqları yerinə yetirmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Müştəri təmsilçisi” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Anbardar (Təcrübəçi)
Son tarix 28 avq 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli, Rus dili arzuolunandır;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlüyünü təmin etmək;
- Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal-material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət etmək;
- Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini həyata keçirmək;
- Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini həyata keçirmək;
- Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
- Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri
- Əmək haqqı: 300 AZN
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Anbardar (Təcrübəçi)” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.