Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: İnsan resursları üzrə kiçik mütəxəssis
Tələblər:
– Ali təhsil;
– İnsan resursları üzrə 1 il iş təcrübəsi,
– AR Əmək Məcəlləsini, əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı,
– Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
– Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
– Güclü ünsiyyət və danışıq qabiliyyəti,
– Azərbaycan dilini mükəmməl bilməli, Rus dili və ingilis dili arzuolunandır,
– Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
– İşçilər barədə məlumatları özündə cəmləşdirən məlumat bazası ilə işlənilməsi, lazımi dəyişikliklərin daxil edilməsi,
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatın aparılması; əmək kitabçalarında müvafiq qeydlərin aparılması,
– Məzuniyyət qrafikinin və cədvəlininin tərtib olunması,
– İş fəaliyyəti ilə bağlı vaxtaşırı birbaşa rəhbərə hesabat hazırlanıb təqdim edilməsi,
– İş vaxtının uçotu (davamiyyət) cədvəllərinin tərtib edilməsi,
– Müəssisələrə əmək qanunvericiliyi ilə bağlı mütamadi olaraq müvafiq məsləhətlərin və izahatların verilməsi,
– Şirkətin fəaliyyəti ilə əlaqədar bütün kadr sənədləşməsinə dair sənədlərin (qərarlar, əmrlər, əsasnamələr, prosedurlar və s.) üzərində işləmək bacarığı,
– e-gov,e-sosial portallarda şərbəst işləmək.
– Qanunvericilikdən irəli gələn digər işlərin yerinə yetirilməsi,
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İnsan resursları üzrə kiçik mütəxəssis” üzrə yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Kiçik Smeta Mühəndisi
Tələblər:
– Ali təhsil (Mühəndislik, Layihərin idarə edilməsi, Xərclərə nəzarət və ya oxşar sahə üzrə);
– Azərbaycan dili mükəmməl, rus və ingilis dili arzuolunandır;
– Müvafiq sahə üzrə 1-2 illik iş təcrübəsi;
– Microsoft Office (Word, Excel, Power Point, Outlook), Autocad proqramlarında sərbəst, ArchiCAD, Revit və Sketch UP proqramları üzrə işləmək bacarığı isə arzuolunandır;
– Problemi qısa zaman çərçivəsində həll edə bilmə və analiz etmə bacarığı;
– Müvafiq hesabatları yazılı və şifahi təqdim etmə bacarığı;
– Detallara diqqətli yanaşmaq;
– Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
– Məsuliyyətli və dinamik komanda mühitində işləmə bacarığı;
– Müvafiq qanunvericilik aktları və normalarını bilmək;
– Mürəkkəb tikinti layihələrində problem həll etmə və qərar verə bilmə bacarığı.
Vəzifə öhdəlikləri:
– Tikinti quraşdırma və təmir işləri üzrə smetaların və normalara əsaslanan qiymətlərə uyğun smeta sənədlərinin tərtib edilməsi (Boq'ların layihə çizgiləri üzrə hesabatlarının hazırlanması fərqlərin aşkar edilməsi);
– Tikinti və mühəndisi layihələrdə kəmiyyət/qiymət araşdırması və büdcənin hesablanması və peşakar yanaşılması;
– İş mühitinə sürətli adaptasiya olunma və podratçı təşkilatlarların vermiş olduğu təklif həcmlərinin yoxlanılmasında iştirak edilməsi;
– Tikinti ərazisinə baxış keçirilməsi, layihə və cari kəmiyyətlər üzrə fərqlərin müqayisə olunub aşkar edilməsi;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Kiçik Smeta Mühəndisi” üzrə yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Şirkət: “Kristal Abşeron” MTK
Vəzifə: Sətəm üzrə mütəxəssis
Tələblər:
– Ali təhsil
– Azərbaycan və rus dili mükəmməl, ingilis dili arzuolunandır;
– Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
– SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 2-3 illik iş təcrübəsi
– Stressə davamlı, məsuliyyətli və intizamlı
Vəzifə öhdəlikləri:
– İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
– İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
– İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
– İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
– SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
– İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
– Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri Sumqayıt şəhərində yerləşir;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Sətəm üzrə mütəxəssis” üzrə yazmaqla ''[email protected]'' elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.