TƏCHİZATÇI
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili ( Rus dili arzuolunandır)
- Ali təhsil;
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
- MS Office (Word, Excel 1C ) yüksək səviyyədə bilmək ;
- Təchizat zənciri haqqında ümumi biliklər;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
Vəzifələr:
• Tikinti sahəsində istifadə edilən materialları tanımaq;
• Filialların sifarişlərinə əsasən onları mal materialla təmin edilməsi;
• Sifarişlərin bazarda araşdırılmasının və alınmasının təmin edilməsi;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası;
• Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
• Alışlara müvafiq rəylərin və təsdiqlərin alınması;
• Alışların 1C proqramında işlənməsi;
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını [email protected] email ünvanına mövzu hissəsində “Təchizatçı” şəklində qeyd edərək göndərməyiniz xahiş olunur.
Yalnız seçim tələblərinə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.
PLANLAMA MÜHƏNDİSİ
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili ( Rus,İngilis dili proqramlar və inşaat terminləri üzrə bilməli üst səviyyə olaraq isə arzuolunandır)
- Ali təhsil; (İnşaat və ya layihə idarəetməsi üzrə)
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
- MS Office,Autocad, MS Project ( İş Sürətinin yavaş davam etməməsi üçün hər bir proqramda qısa yollara kifayət qədər hakim olmalı )
- Primavera bilməsi üstünlükdür
- Ən az bir layihə bitirməli, layihənin əvvəlindən sonuna bütün inşaat prosedurlarına bələd olması tələbdir
Vəzifələr:
- Layihə üzrə görülən işlərin günlük və həftəlik planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb Baş Layihə Rəhbərinə ötürülməsi;
- Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və MS Project proqramına daxil edilməsi və yenilənməsi;
- Həftəlik inkişaf proqramı üzrə planlama iclaslarında iştirak etmək;
- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq; Həmçinin materialların sifariş planları və gecikmələrinə nəzarətin edilməsi;
- Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və tələbnamənin hazırlanması;
- İnşaat üzrə texnoloji ardıcıllıqlar və iş adamsaat normativlərini bilməli;
- Problem həll etmə, analitik düşünmə qabiliyyəti, işgüzar ünsiyyət bacarığı;
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını [email protected] email ünvanına mövzu hissəsində “Planlama mühəndisi” şəklində qeyd edərək göndərməyiniz xahiş olunur.
Yalnız seçim tələblərinə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.
BAŞ MEXANİK
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili ( Rus dili arzuolunandır)
- Ali təhsil;
- Analoji sahədə ən azı 5 il və daha cox (5+) iş təcrübəsi;
- MS Office (Word, Excel, 1C ) yüksək səviyyədə bilmək
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
- Dürüstlük və məsuliyyət
Vəzifələr:
• Mərkəzi anbarın balansında olan texnika və nəqliyyat vasitələrinin uçota alınması;
• Texnika və nəqliyyat vəsitələrinin istismarı və təmirinə nəzarət edilməsi;
• Mütamadi olaraq ərazilərdə olan texnika və nəqliyyat vəsitələrinə baxış keçirmək;
• Ümumillikdə texnika və nəqliyyat vasitələrinin təmiri və istismarı üzrə təkliflərin hazırlanması ,razılaşdırılması və təmin edilməsinin təşkili;
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası;
İş qrafiki: həftənin 6 günü, saat -9:00-dan 18:00-dək
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını [email protected] email ünvanına mövzu hissəsində “Baş mexanik” şəklində qeyd edərək göndərməyiniz xahiş olunur.
Yalnız seçim tələblərinə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.
TEXNİKİ OFİS MÜHƏNDİSİ
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
- Dil bilikləri: Azərbaycan dili ( Rus,İngilis dili proqramlar və inşaat terminləri üzrə bilməli üst səviyyə olaraq isə arzuolunandır)
- Ali təhsil; (İnşaat Mühəndisliyi və digər müvafiq sahələr üzrə)
- Analoji sahədə ən azı 2 il iş təcrübəsi;
- MS Office,Autocad, MS Project ( İş Sürətinin yavaş davam etməməsi üçün hər bir proqramda qısa yollara kifayət qədər hakim olmalı )
- Ən az bir layihə bitirməli,Layihənin əvvəlindən sonuna bütün inşaat prosedurlarına bələd olması.
Vəzifələr:
• Layihə Gizgilərinə əsasən həcmlərin çıxarılması,Boqların yaradılması;
• Layihələr üzrə forma 2 forma 3 -lərin tərtibi texniki hesabların yaradılması və aylıq olaraq təkrar izlənilməsi, Lazım gəldikdə aylıq olaraq Layihələrə gedərək Smetaya görə yerində görülən işlərin qarşılaşdırılması;
• Boq üzrə təchizata planın verilməsi,verilən sifarışlərdə texniki suallara layihə üzrə cavablandırmaq;
• Layihə üzrə büdcə hesabatlarının altlıqlarının hesablanmasında texniki dəstək;
• Rəhbərlik tərəfindən İnşaat Layihələri üzrə digər tapşırıqları icra etmək;
• İnşaat üzrə texnoloji ardıcıllıqlar və normativlərini bilməli;
• Layihə çizgilərini oxumaq bacarıgı və layihədə öngörülməyən işlərin aşkara çıxarılması
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Zəhmət olmasa,müraciət etdiyiniz vəzifənin adını [email protected] email ünvanına mövzu hissəsində “Texniki ofis mühəndisi” şəklində qeyd edərək göndərməyiniz xahiş olunur.
Yalnız seçim tələblərinə uyğun olan namizədlər müsahibəyə dəvət ediləcəkdir.