Kristal Abşeron
İstehsalat üzrə mühasib
Son tarix 17 dek 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
- Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi ,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
- İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;
- Azərbaycan dilini mükəmməl bilməli;
- ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Xırdalan şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə mühasib” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.