Kristal Abşeron
Satınalmaların təftişi üzrə mütəxəssis
Son tarix 26 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Tərtib edilmiş aylıq plan və rəhbərin göstərişinə əsasən, müvafiq strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
- Risklərin müəyyən edilməsi və idarəedilməsi məqsədilə xidməti təminat aparılan struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
- Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövrü olaraq inventariazsiya və təftiş yoxlamalarının aparılmasına nəzarəti təmin etmək;
- Mal və materialların alqı-satqı və dövriyyəsinə dair tədarükçülər ilə bağlanılmış müqavilələrin şirkətin strategiya, prinsip və mənafeyinə uyğunluğunu yoxlamaq və ehtimal olunan riskləri müəyyən etmək.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat və idarəetmə ixtisas qrupu, riyaziyyat və mexanika ixtisasları üzrə ali təhsil);
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Yüksək riskli proseslərin nəzarət mexanizmləri üzrə sınaqların aparılması;
- Məsafədən və yerində auditlər aparmaq, məlumat bazalarının təhlilini həyata keçirmək;
- Requlyativ tələblərə və qabaqcıl təcrübəyə uyğunluğu qiymətləndirmək;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
- Azərbaycan dilini mükəmməl bilməli, Rus və İngilis dili arzuolunandır;
- Komandada işləmək bacarığı;
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri, Huseynbala Əliyev 16;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalmaların təftişi üzrə mütəxəssis” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
İstehsalat üzrə Mühasib
Son tarix 24 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi;
- Mühasibatlıq modulu üzrə gündəlik əməliyyatların daxili proqrama daxil edilməsi;
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi;
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatların hazırlanması, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edilməsi, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmərilməsi;
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi;
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi;
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi;
- Mal və materialların, digər qiymətlilərin inventarizasiyasında iştirak edilməsi, qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasının həyata keçirilməsi;
- Aylıq və illik istehsalat nəticələrinin analizinin həyata keçirilməsi ,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması, istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaların araşdırırlması və faktiki əməliyyatların icra mexanizminə nəzarət edilməsi;
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.);
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir);
- İstehsalat üzrə mühasib kimi minimum 2 il təcrübə;
- Azərbaycan dilini mükəmməl bilməli;
- ERP və Microsoft Office (Word, Excel, Power Point, Outlook) proqramlarında sərbəst işləmək bacarığı;
- Analitik düşünmə tərzi və problemləri həll etmə bacarığı;
- Məsuliyyətlilik və ünsiyyət qurmaq bacarığı.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- İş yeri: Bakı şəhəri;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “İstehsalat üzrə Mühasib” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Kameraların quraşdırılması üzrə texnik
Son tarix 21 avq 2023 [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
- Kamera sistemlərinin (avadanlıqlarının) qurulmasını və texniki baxış prinsipini bilməli;
- İşdə yeniliklər tətbiq etmək və ünsiyyət qurmaq bacarığı;
- Zəruri hallarda digər filiallara getmək imkanı.
Vəzifə öhdəlikləri:
- Filiallarda kamera montaj (kabel çəkilməsi və kamera quraşdırılması) işlərinin yerinə yetirilməsi;
- Təhlükəsizlik kameraları sistemlərinin quraşdırılması və yaranan problemlərin həllinə dəstək;
- NVR/DVR quraşdıılması, sazlanması və optimizasiya edilməsi;
- Şirkət tərəfindən xüsusi texniki və video avadanlıqların quraşdırması zamanı, quraşdırmaya nəzarətin həyata keçirilməsi və işlək vəziyyətdə olmasının təmin edilməsi;
- İP kameralarla şəbəkə bağlantısının qurulması və fasiləsizliyinin təmin edilməsi;
- Biometrik sistemlərin qurulması və sazlanması;
- Access control sisteminin qurulması və sazlanması;
- Şəbəkə problemlərinin diaqnostikası və həlli.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Kameraların quraşdırılması üzrə texnik” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.