Kristal Abşeron
Satınalma müqavilələri üzrə mütəxəssis
Son tarix 28 dek 2022 - [email protected]
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Sənədləşdirmə və yazışma işlərini bacarmalı;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları),
- Güclü ünsiyyət və danışıq qabiliyyəti,
- Azərbaycan və Rus dilini mükəmməl bilməli, İngilis dili (arzuolunandır);
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Təchizatçılar ilə əlaqələrin qurulması;
- Satınalma sənədlərinin hazırlanma bacarığı;
- Satınalma müqavilələri haqqında məlumatlı olmalı;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması və müqayisə edilməsi;
- Ölkə xaricindən satın alınan malların sifarişlərin yerləşdirilməsi, yüklənməsi və ölkəyə çatdırılması;
- Xarici bazar qiymətlərinin müqayisəli təhlili bacarığı;
- Malların maliyyətini hesablamaq, tərtib olunmuş müqavilələri yoxlamaq, müvafiq qaydalara uyğun olaraq satınalma əməliyyatlarını həyata keçirmək, sənədləşmə prosedurlarını, sertifikatların alınması, mədaxillərin və ödəmə planlarının hazırlanmasını nəzarətdə saxlamaq;
- Geri qaytarmalar olduğu zaman qaytarma üçün sənədləşmə və iddia aktlarının icrasını həyata keçirmək;
- Satınalma müqavilələrini hazırlamaq, aiddiyyəti strukturlarla müzakirələr apararaq yekun təsdiq olunmuş forma əsasında tədarükçülərlə müqavilə bağlamaq;
- Sifarişin qiymətini, təslimat müddətini, çatdırılma şərtlərini aldıqdan sonra qiymət araşdırması nəticəsində sifariş məlumatlarını hazırlamaq və rəhbərinə təqdim etmək;
- Razılaşdırılmış sifarişi müvafiq strukturlara və tədarükçüyə göndərmək.
İş şəraiti:
- 6 günlük iş qrafiki (şənbə yarı gün);
- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Satınalma müqavilələri üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.