Kristal Abşeron
Anbardar
Son tarix 21 mar 2022
Vəzifə öhdəlikləri:
- Əmtəə maddi sərvətlərin anbara qəbulu, mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material, inventar və s. təcili axtarılmasının asanlaşdırılmasına rəhbərlik;
- Anbara yığılmış əmtəə maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabının aparılmasının təmin edilməsi;
- Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
- Anbar analizi və istifadə müddəti qısa olan məhsulların zamanında realizə edilməsi.
İş şəraiti:
- 6 günlük iş qrafiki;
- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsi;
- Azərbaycan dili mükəmməl;
- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları), ERP arzuolunandır;
- Komandada işləmək bacarığı;
Sosial imtiyazlar: Nahar təminatı