Xarici satınalma üzrə mütəxəssis
Son tarix 07 fev 2022 - [email protected]
Tələblər:
-
Ali təhsil;
-
Təchizat sahəsində (tikinti sahəsi üzrə) 3 il iş təcrübəsi,
-
Sənədləşdirmə və yazışma işlərini bacarmalı,
-
Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları,1 C),
-
Güclü ünsiyyət və danışıq qabiliyyəti,
-
Azərbaycan dili, İngilis dili, Rus dilini mükəmməl bilməli,
-
Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
-
Tikinti və təsərrüfat sahəsinə aid təchizat sifarişlərinin idarə edilməsi (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması);
-
Yaradılmış sifariş formalarının analizi;
-
Bazarın təhlili, tələb olunan materialların daxili və xarici bazarda araşdırılması, təchizatçı bazasının hazırlanması və təhlili;
-
Satınalma prosesinin ən əlverişli şərtlərlə həyata keçirilməsi və satınalma sorğularına nəzarət edilməsi, yoxlanılması və hesabatlarının hazırlanması;
-
Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması.
İş şəraiti:
-
6 günlük iş qrafiki;
-
İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
-
Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Xarici satınalma üzrə mütəxəssis” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.