AUDİT (MALİYYƏ )
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
• Ali iqtisadi təhsil
• Audit sahəsində minimum 3 il iş təcrübəsi.
• Riyazi təhliletmə və analitik hesablama qabiliyyəti
• MS Office,Word, Excel, Power point, 1C proqramlarından istifadə bacarığı
• Audit yoxlamalarının keçirilməsi qaydaları haqqında ümumi biliklər;
• Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət;
Vəzifələr
1. Planlar əsasında Audit yoxlamalarını həyata keçirmək;
2. Audit yoxlamaları sayəsində şirkət siyasətlərinin, prosedurlarının, standartlarının və digər normativ sənədlərintətbiq edilməsinə dair rəy bildirmək;
3. Şirkətdə aparılan qabaqçıl təcrübələrin qiymətləndirilməsini aparmaq və rəy vermək;
4. Dövri olaraq audit yoxlamalarını aparmaq, nəticələr haqqında hesabat və rəy hazırlamaq;
5. Korporativ idarəetmənin qiymətləndirilməsinə dair testlər aparmaq və tapşırıqları yerinə yetirmək;
6. Şirkətdə risk idarəedilməsinin inkişafına dair inkişafına dair təkliflər irəli sürmək, o cümlədən risk təhlillərinin aparılması qaydasına rəy vermək;
7. Daxili audit yoxlamaları zamanı mənimsəmə və saxtakarlıq risklərinin qiymətləndirilməsini aparmaq;
8. Mənimsəmə saxtakarıq hadisələrinin araşdırılmasında şöbənin adından iştirak etmək;
9. Şirkətin aylıq, rüblük, illik hesabatlarını yoxlamaq
10. Bütün növ iş sənədlərinin qorunub saxlanılmasını təmin etmək;
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək,şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Audit” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
• Ali təhsil,
• Araşdırma, müqayisə edə bilmə bacarığı;
• Məsuliyyətlilik, Təqib etmə və analiz edəbilmə bacarığı Proqnoz verə bilmə bacarığı
• Kompüterdə ofis proqramlarında sərbəst işləmək bacarığı;
• Yaş həddi 30-45
Vəzifə öhdəlikləri:
• Keyfiyyət ilə bağlı yazılı və əyani təlimatları tətbiq edir və prosesi təqib edir;
• Tikinti –quraşdırma işlərinin keyfiyyət proqramına uyğun aparılmasına və texnoloji proseslərin ardıcıllığının pozulmamasına nəzarət edir;
• Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirir;
• Keyfiyyət üzrə dövri qiymətləndirmələr və özünüqiymətləndirmə sistemləri hazırlayır;
• İşin (xidmətin) keyfiyyətinin pisləşməsi səbəblərinin analizi və tədqiq edilməsi işinin təşkili, onların aradan qaldırılması üzrə tədbirlərin görür;
• Müayinə zamanı kritik qəraraları standart çərçivəsində dəyərləndirir;
• İstehsal prosesində yaranmış nöqsanların bərpa edilmə kriteriyalarını bilməli və edilən bərpaedici tədbirlərin standartlara uyğunluğunu daimi nəzarətdə saxlayır;
• Keyfiyyətsiz xidmətlərin göstərilməsinin qarşısını alır;
• Gizli və üstüörtülü işlərin qəbulunu həyata keçirir, nəticələr müsbət olduğu halda müvafiq “gizli və üstüörtülü işlərin qəbulu akt”larını imzalayır;
• Tikinti sahələrində aşkarlanmış uyğunsuzluqların reystrini tərtib edir, uyğunsuzluqların izlənilməsini təmin edir;
• Yeni işə başlamış tikinti sahələrini lazımı normativ – texniki sənədlərlə təmin edir;
• Tikinti sahələrində işlərin keyfiyyətinə bilavasitə təsir edən işçilərin (qaynaqçıların) peşə-ixtisas uyğunluğunun təmin edilməsinə nəzarət edir;
• İşlərin qəbulu zamanı layihə tələbləri və real ölçülər arasında aşkarlanmış uyğunsuzluqlar haqqında məlumatları İnşaat şöbəsinin rəisinə bildirir;
• Tikinti sahəsində işlər bitərkən, sahə rəisindən yekunlaşmış tikintiyə aid sənədlərin:
• Beton işləri və sair jurnalların, aktların, məktubların və s) aktlaşdırılaraq İnşaat şöbəsinə qəbul edilməsini və arxivə təhvil verilməsini təmin edir;
• Daxil olan tikinti materiallarının və konstruksiyaların mənşə və keyfiyyəti təsdiq edən sənədlərini Təchizat şöbəsindən əldə edir və bu sənədləri sistemləşdirir (bura armatur, beton və s. materialların laborator analizlərinin nəticələri və protokolları daxil edilir).
• İş prosesində istifadə edilən materialların və konstruksiyaların bəyan edilən texniki və keyfiyyət göstəricilərinə uyğunsuzluqları aşkarladıqda İnşaat Şöbəsinə məlumat verir;
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
MÜHASİB
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər
- Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rüs dili - orta
- Ali təhsil; (Maliyyə, İqtisadiyyat, mühasibat uçotu sahəsində təhsili olan namizədlərə üstünlük veriləcək)
- Analoji sahədə ən azı 3 il iş təcrübəsi (Tikinti sahəs üzrə təcrübə arzuolunandır);
- Vergi qanunvericiliyi, Əmək qanunvericiliyi, Beynəlxalq mühasibat uçotu standartları haqda bilgilərə sahib olmaq
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək
- 1C yüksək səviyyədə bilmək
- Analitik qabiliyyətə, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq
- Verilmiş tapşırıqları vaxtında icra etmək, problemləri həll etmək bacarığına, yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmaq
Vəzifələr
- İlkin sənəd və hesabatların maddi məsul şəxslərdən nəzərdə tutulmuş müddətlərdə alınmasını və hesab sahələrinə uyğun qəbulunu,nəzarətini həyata keçirtmək
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət
- Hesabatları tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlamaq, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət etmək,onların Mühasibat Standartalarına uygun uçotunu təmin etmək
- Əsas vəsaitlərin uçotunun aparılması,amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
- Məhsul, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinin həyata keçirilməsi
- Aylıq və illik istehsalat nəticələrinin analizini həyata keçirtmək,məhsulların maya dəyərinə təsir edən iqtisadi faktorların araşdırılması,istehsal prosesində planlanan istehsal normalarından kənarlaşmaları araşdırmaq və faktiki əməliyyatların icra mexanizminə nəzarət etmək
- Mal və materialların,digər qiymətlilərin inventarizasiyasında iştirak etmək,qalıqlar ilə bağlı düzəlişlərin proqram təminatında icrasını təmin etmək
- Maliyyə hesabatlarının hazırlanması.(Balans,Mənfəət və Zərər,Pul Vəsaitlərinin hərəkəti haqqında hesabat və s
- Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Mühasib ” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
ANBARDAR
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
- Təhsil: Ali
- Iş təcrübəsi: En azı 1 il
- Yaş: 24:40
- Cins : Kişi
- Dil bilikləri: Azərbaycan, Rus – dili arzuolunandır
- Kompüter bilikləri: MS Excel, MS outlook, və 1C
Vəzifələri:
1. Anbar üzrə mövcud mal və materialların təhlükəsizlik və bütövlük təminatını nəzarətdə saxlamaq;
2. Mədaxil-məxaric sənədlərinin dövriyyəsini, mal- material təhvili qaydaları üzrə sənədləşmə prosesinə riayət olunması təmin etmək;
3. Anbar sahələrindən səmərəli istifadə, materialların axtarılmasının asanlaşdırılması və tezləşdirilməsi nəzərə alınmaqla anbarda malların qəbulu, yerləşdirilməsi və buraxılması işlərini idarə etmək.
4. Anbarda mal və materialların müvafiq sistem və ardıcıllıqla və səliqə ilə yığılması və yerləşdirilməsini təmin etmək;
5. Mal-material dövriyyəsinin yalnız təsdiq edilmiş sənədlər əsasında həyata keçirilməsini təmin etmək;
6. Mühasbatlıq tərəfindən təyin edilən dövriyyə hesabatları üçün müvafiq məlumatı mütəmadi olaraq təmin etmək;
7. Anbarda mövcud bütün mal - materialların üzərində mühasibatlıq tərəfindən təyin edilmiş kodların olmasını təmin etmək;
8. Anbarda sahənin vəziyyətinə, avadanlığın və inventarın vaxtlı təmirinə nəzarət etmək;
9. Əmək təhlükəsizliyi və sağlamlığın mühafizəsi, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməklə Anbarda yükləmə-boşaltma işlərini təşkil etmək;
10. Mal və materialın inventarizasiyasına təlimatlara uyğun hazırlaşmaq, təşkil etmək və iştirak etmək;
11. Köhnəlmiş, zərər görmüş, xarab olmuş mal - materialları təyin etmək və onlar barədə müvafiq izahatı mühasibatlığa təqdim etmək;
12. Anbar əməliyyatlarının uçot və hesabatlarının aparılmasına nəzarət etmək;
13. Anbarın işçilərinə rəhbərlik etmək və işçilərinin işlədikləri vaxtın tabel uçotunu aparmaq;
14. Anbar işinin şirkətdaxili təlimat və qaydalara uyğun olaraq idarəedilməsini həyata keçirmək.
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Anbardar” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
TƏCRÜBƏ PROQRAMI
Şirkət: “Kristal Abşeron” MTK
- Müqavilə: Əmək müqaviləsi
- Əmək haqqı: 250
Tələblər
- 3 aylıq təcrübə proqramını uğurla keçmiş namizədlər, işlə təmin olunur
- Ali təhsil müəssisə tələbələri və ya yeni məzun olmuş şəxslər
- Ünsiyyət qurma bacarığı
- Kamandada işləmə bacarığı
- Daim öyrənmək həvəsi
- Təcrübə tələb olunmur nəmizədlər test və müsahibə yolu ilə seçiləcək
- MS office proqramlarını bilməli
- Dil bilikləri (Azərbaycan dili, Rus dili)
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Təcrübə proqramı” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
SƏTƏM MÜTƏXƏSSİSİ
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər
• Ali təhsil.
• Yaş həddi 25-40.
• Dil bilikləri (Azərbaycan dili, Rus dili)
• MS office proqramlarını bilməli
• SƏTƏM və ya əməyin təhlükəsizliyi üzrə ən azı 3 illik iş təcrübəsi;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı.
Vəzifələr
– İstehsalatda əməyin mühafizəsi işinin təşkili və əlaqaləndirilməsi;
– İstehsalat işçiləri tərəfindən əməyin mühafizəsi üzrə qanunvericilik və digər normativ hüquqi aktlara əməl edilməsinə nəzarət etmək;
– İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üzrə profilaktik tədbirlər hazırlamaq;
– İş yerində işçilər üçün təhlükəsiz əmək şəraitinin yaradılmasını və təlimatlandırılmaların keçirilməsini həyata keçirmək;
– SƏTƏM təlimatlarında olan dəyişikliklərin hazırlanmasında iştirak etmək və vaxtında işçiləri məlumatlandırmaq;
– İşçilərin əməyin mühafizəsi və əməyin texniki təhlükəsizlik üzrə biliklərinin yoxlanılmasında iştirak etmək;
– Təhlükəsizlik üzrə təlimat və təhsil proqramlarını aparmaq, və orada təhlükəsizlik əşyalarından istifadə qaydalarını göstərmək, yeni işə qəbul edilən işçiləri təhlükəsizlik qaydaları ilə tanış etmək.
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Sətəm mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
İNŞAAT MÜHƏNDİSİ
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
- Ali texniki təhsil ( (İnşaat Mühəndisi diplomu)
- Müvafiq sahədə iş təcrübəsi 5 (beş) ildən az olmamaq şərtilə
- Kompüter programları bilmək:
- Tikinti sahəsində qabaqçıl təcrübə müasir metodlardan istifadə etmək bacarıgı
- Tikinti quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər,tikinti norma və qaydalrına və texniki şərtləri bilmək
Vəzifə öhdəlikləri:
- Müəyyən edilmiş obyektdə tikinti-quraşdırma işləri planının işçi çertyojlara,işlərin aparılması lahiyəsinə normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin edilməsi
- Layihə həyata keçirilən ərazilərə baxış keçirilməsi və işlərin gedişatının monitorinqi
- İşlərin keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi
- Ərazidə gedən tikinti işlərin layihəyə uyğun olub olmamasına riayyət etmək
- Tikinti işlərin tikinti qaydalarına, normativlərinə, riayyət edilməsinə nəzarət etmək
- Sahələrdə gedən tikintidə subpodradçılar tərəfindən işlərin təhvil verilməsində rəy verilməsi
- Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi
- Əmək müqaviləsi üzrə vəzifə öhdəliklərinin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “İnşaat mühəndisi” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.
ANBAR MÜHASİBİ
Şirkət: “Kristal Abşeron” MTK
Müqavilə: Əmək müqaviləsi
Əmək haqqı: Namizədin bilik, bacarıq və təcrübəsinə əsasən razılaşma yolu ilə təyin olunacaq.
Tələblər:
• Ali təhsilli (iqtisadiyyat/maliyyə üzrə)
• Dil bilikləri: Azərbaycan dili - mükəmməl, rüs dili - orta
• İstehsalat, tikinti və sənaye sahəsində minimum 1 il iş təcrübəsi
• Məhsulların kalkulyasiyası barədə məlumatı olmalı
• MS Office ( Excell-yüksək səviyyədə)
• Yaş həddi: 23-40
• Satış və anbar arasındakı koordinasiyasını bilməli
• Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti olmalı
Vəzifə öhdəlikləri:
• Mal-materiallara dair alış sənədlərinin işlənməsini təmin etmək, mal-materialların qiymət və say göstəricilərinin alqı-satqı müqaviləsinə, təchizatçılara sifariş sənədlərinə uyğun olub-olmamasını yoxlamaq, uyğunsuzluq halları aşkar olunduqda, onların aradan qaldırılmasını tələb və təmin etmək
• Mal-materialların alışı, yerdəyişməsi, geri qaytarılması, komplektləşdirilməsi və silinməsi ilə bağlı sənədləşmə işlərinin müvafiq qanunvericilik aktlarına və mühasibat uçotu standartlarına uyğunluğunu yoxlamaq
• Mal-material alışı ilə bağlı hesabatların düzgün və vaxtında tərtib və təqdim olunmasını təmin etmək
• Müəssisəyə məxsus olan mal-materialların uçotunu aparmaq, mal-materialların faktiki maya dəyərini hesablamaq
• Anbara daxil olan malların qəbulu və qeydiyyatının aparılmasını təmin etmək
• Anbar mal çıxışına nəzarət etmək və sənədləşdirmək
• Anbar sayımı və stok nəzarətini həyata keçirmək
İş qrafiki: həftənin 6 günü, saat 9:00-dan 18:00-dək, şənbə günü 9:00-dan 13:00-dək
Müraciət etdiyiniz vəzifənin adını [email protected] email-in mövzu hissəsində “Anbar mühasibi ” şəklində göstərməyiniz xahiş olunur. Uyğun namizədlər müsabiqəyə dəvət olunacaq.