Kripton Business Solutions MMC
Məhsul Sahibi (Middle)
Son tarix 30 avq 2025 - [email protected]
Azərbaycanın ən böyük bankı - ABB Bank işçilər axtarır - VAKANSİYALAR
Vəzifə Təsviri:
- Məhsul sahibi məhsul xəttindəki funkisonallıqları və ya modulları idarə edir. Biznes tələblərini analiz edərək istifadəçi yönümlü tapşırıqlara çevirir, texniki komandayla əməkdaşlıq şəraitində dəyər yönümlü funksionallıqların vaxtında çatdırılmasını təmin edir.
Vəzifələr:
- Güclü texniki biliklərə və analitik düşüncə qabiliyyətinə malik olmaq
- Maraqlı tərəflərin tələblərini toplamaq və təhlil etmək
- İstifadəçi hekayələri yazmaq və qəbul meyarlarını müəyyən etmək
- Sprintləri təşkil etmək və prosesin gedişatını nəzarətdə saxlamaq
- Prioritetləşdirilmiş və dəqiqləşdirilmiş məhsul backlogunu idarə etmək
- İnkişaf, texniki və keyfiyyətə nəzarət komandaları ilə əməkdaşlıq etmək
- Funksionallıqların təhvil verilməsindən sonrakı performansını izləmək və təkmilləşdirmə təklifləri vermək
- Loyallıq proqramları haqqında bazar araşdırması aparmaq
Tələblər:
- Biznes, İnformasiya Texnologiyaları və ya əlaqəli sahə üzrə bakalavr dərəcəsi
- Məhsul sahibliyi və ya əlaqəli sahədə 1–2 il iş təcrübəsi
- Məhsulun həyat dövrü və Agile metodologiyası barədə güclü anlayış
- Əla ünsiyyət və problem həll etmə bacarıqları
- Analitik düşüncə və məlumatları təhlil etmə qabiliyyəti
- Loyallıq proqramları haqqında ilkin anlayışlara sahib olmaq
- Jira, ClickUP, Trello kimi alətlərdə işləmə bacarığı
İş şəraiti
- İşə qəbul: Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
- İş qrafiki: İstehsalat təqviminə uyğun 5 tam iş günü (09:00 – 18:00)
- Əmək haqqı: 1300 – 1500 AZN (namizədin təcrübəsi və peşəkarlıq səviyyəsinə əsasən təyin olunur).
Maraqlanan şəxslər CVlərini Müraciət et düyməsində qeyd olunan eleKtron ünvanına göndərə bilər.