KRAUN KO-R
Hüquqşünas
Son tarix 29 yan 2023 - [email protected]
Tələblər:
- Hüquq elmləri üzrə ali təhsil;
- Hüquq sahəsində 1 ildən az olmayaraq iş təcrübəsi;
- Dil bilikləri: rus və ingilis dili normal səviyyədə;
Vəzifələri:
- Müəssisənin fəaliyyətinin qanunvericiliyə əsasən həyata keçirilməsini təmin etmək.
- Müəssisənin fəaliyyətinin normativ bazasının yaradılması işini təşkil etmək. Daxili normativ sənədlərin hazırlanması və hazırlanmasına nəzarət.
- Müəssisənin müqavilə tərtibat işinin, iddia və tələblər üzrə işlərinin təşkili.
- Müəssisənin hüquq və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsini təmin etmək.
- Hüquqi təhlil və ekspertiza işini təşkil etmək və həyata keçirmək.
- Müəssisənin struktur bölmələrinə və işçilərinə hüquqi məsələlər üzrə göstərişlərin və məsləhətlərin verilməsi.
- Aidiyyəti sahələr üzrə, o cümlədən mülki, maliyyə, vergi, əmək və başqa sahələr üzrə qanunvericiliyin təhlili və tətbiqi.
İş şəraiti:
- Əmək qanun vericiliyinə uyğun rəsmiləşmə.
- Əmək haqqı 700 AZN.
CV-ləri elektron ünvana göndərmələri və mövzu hissəsində vakansiyanın adını qeyd etmələri xahiş olunur.