KRAUN KO-R
Baş mühasib
Son tarix 29 fev 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş vaxtda tərtib və təqdim etmək;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu registrlərində düzgün əks etdirilməsini və ona nəzarəti, operativ məlumatların təqdim edilməsini tərtib etmək və təqdim etmək;
- Rentabelliyin daim nəzarətdə saxlanılması məqsədilə şirkətin fəaliyyətinə məxsus maya dəyərlərini, vergi risklərini, kreditor və debitorlarla üzləşmələrin aparılmasını düzgün təmin etmək;
- Əmək haqqı və əmək haqqına bərabər bütün ödənişlərin hesablanması,ödənilməsini təmin etmək.
- Mal-material uçotunun düzgün təşkili və anbar uçotunu aparmaq;
- Pul vəsaitləri haqqında hesabatın, mənfəət və ya zərər və balans hesabatlarının aylıq və illik olaraq tərtibi və analizlərini həyata keçirmək, vergi qaydalarının uyğunluğunu təmin etmək;
- Mal-xidmətlərin, müqavilə və sifarişlərin yoxlanılması prosesini yerinə yetirmək;
- Vergi, statistika və DSMF hesabatların hazırlanması və vaxtında təqdim olunması əməliyyatlarını təqdim etmək.
Tələb olunan təhsil, təcrübə və bacarıqlar:
- Təhsil dərəcəsi: Ali təhsil (İqtisadiyyat, maliyyə, mühasibat)
- İş təcrübəsi: Baş mühasib olaraq ən azı 3 il iş təcrübəsi
- Kompüter proqramlarının biliyi: Microsoft Office (Outlook, Word, Excel) və 1C proqramını əla səviyyədə bilməli
- İşgüzar bacarıqlar: Dürüst və məsuliyyətli, yüksək analitik təhlil, iri həcimli məlumat bazası ilə işləmək bacarığına malik
- PMS (Peşəkar Mühasib Sertifikatı) sertifikatı;
- Vergi məcəlləsini əla bilməli;
- Mühasibat uçotu standartlarının(qaydalarının) tətbiqi;
- Vergi uçotunun vergi qanunvericiliyinə əsasən tətbiqi.
İş şəraiti:
- 5 günlük iş qrafiki
- İş vaxtı 09.00-dan 18.00-dək
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
- Əmək haqqı: NETT 1500-2500 (təhsil, təcrübəsi, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur)
Uyğun namizədlər CV-lərinizi email ünvanına göndərə bilərsiz.