Kommersiya Direktoru
Son tarix 19 dek 2021
Təsvir:
-
Kommersiya planı yaratmaq üçün bazar araşdırması və təhlilinin aparılması;
-
İnkişafın sürətləndirilməsi üçün şirkətin məqsədlərinə uyğun olaraq kommersiya strategiyalarının hazırlanması və həyata keçirilməsi;
-
Marketinq, satış və müştəri xidmətləri kimi müxtəlif şöbələrlə iş birliyini təşkil etmək;
-
Maliyyə hədəflərinin müəyyən edilməsi, xərclər və büdcənin hazırlanmasının monitorinqini həyata keçirtmək;
-
Mövcud müştərilərin tələblərini müəyyən etmək və müştəri məmnuniyyətini təmin etmək;
-
Yeni müştərilər cəlb etmək və müştəri münasibətlərini idarə etmək;
-
KPI-lərdən istifadə edərək kommersiya göstəricilərini izləmək, ölçüb təhlil etmək.
-
Əsas məlumat bazasından istifadə edərək kommersiya fəaliyyətinin icrasına nəzarət etmək və üst rəhbərlik üçün hesabatlar hazırlamaq.
Tələblər:
-
Ali təhsil (Biznesin idarə edilməsi, maliyyə və ya müvafiq sahə üzrə olması üstünlükdür);
-
Azərbaycan və rus dillərini bilməli;
-
Kommersiya direktoru və ya bənzər sahə üzrə minimum 3 il iş təcrübəsi;
-
Satış, marketinq və ya müştərilərlə əlaqələrin idarə edilməsi sahəsində iş təcrübəsi;
-
Bazar araşdırması metodlarını və analizini yüksək səviyyədə bacarmaq;
-
Performans hesabatı və maliyyə/büdcələmə prosesləri haqqında biliklərin olması;
-
Yüksək səviyyədə ünsiyyət, təşkilatçılıq və liderlik bacarıqları;
-
Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi.
İş şəraiti:
-
İş qrafiki: I-V günlər, 09:00-18:00;
-
Rəqabətqabiliyyətli əmək haqqı.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.