Vakansiya 1
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Operator
Vəzifələr:
• Daxil olan telefon zənglərinə cavab vermək;
• Kompyuterdə zənglərin qeydiyyatını aparmaq;
• Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək;
• Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.
Zəruri Tələblər:
• Ali təhsilli;
• Azərbaycan və Rus dillərini səlis bilməli;
• Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
• Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
• Xoş səs tonuna malik olmalı;
• Kollektivdə komanda ilə işləmə bacarığı;
• Məsuliyyətli və inkişafa meyilli olmalı;
• Emosiyalarını idarə edə bilməli;
• Stresə davamlı olmalı.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 10:00-dan 19:00-dək, hər 3 gündən bir istirahət günüdür
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/krlz8m5h
Vakansiya 2
Vakansiya: SMM üzrə inzibatçı
Vəzifələr:
• Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətləri (şərh və mesajları) cavablandırmaq;
• Müştəri məmnuniyyətini təmin etmək;
• Satış yönümlü yazışma aparmaq;
• Sosial mediada şirkət haqda rəyləri monitorinq etmək;
• İş keyfiyyətini mütəmadi olaraq artırmaq.
Zəruri Tələblər:
• Ali təhsili;
• SMM üzrə iş təcrübəsi arzu olunandır;
• Azərbaycan və rus dillərini şifahi və yazılı əla səviyyədə bilməli;
• Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
• Mehriban, səmimi və köməksevər olmalı;
• Punktual və pozitiv olmalı;
• Stresə dözümlü olmalı;
• Şəxsi inkişafa yönümlü olmalıdır.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- İş qrafiki: 09:00-dan 18:00-dək, 12:00-dan 21:00-dək
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kuzkxg9n
vakansiya 3