Kontakt Home
İT texnik
Son tarix 01 sen 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Gündəlik nəzarət sistemlərinin Kamera, turniket, Şlaqbaum, Akses kontrol sistemlərinin quraşdırılması;
- Kamera, siqnalizasiya və digər təhlükəsizlik avadanlıqlarının quraşdırılması;
- DVR və NVR ın quraşdırılması , İP yönləndirilməsini və internetə qoşulması;
- Biometrik sistemlərin qoşulması;
- Nəzarət sistemlərinin quraşdırılması.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Ümumi şəbəkə bilikləri;
- Lokal şəbəkələrin quraşdırılması bacarığı;
- Kabel çəkilişi və s. bu kimi fiziki işlərə bacarığı;
- İP və analog kameralar üzrə biliklər.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Çağrı mərkəzi operatoru
Son tarix 31 avq 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: hər 3 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İşə qəbul və talantların idarə olunması üzrə mütəxəssis
Son tarix 31 avq 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətin brendinin tanıdılması və İR tədbirlərində şirkətin təmsil edilməsi. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkətin təmsil edilməsi;
- Mövcud vakansiyaların təhlil edilməsi, vakant vəzifələrə elan materialının hazırlanması, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsinin təmin edilməsi;
- Daxil olan CV müraciətlərinin vəzifə tələbləri üzrə əvvəlcədən yoxlanılması və potensial namizədlərin siyahıya alınması;
- İşçinin qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılması;
- İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatların hazırlanması;
- İşə götürmə agentlikləri ilə tərəfdaşlığın qurulması;
- İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərinin məlumatlandırılması;
- Şirkətin namizəd bazasının yenilənməsi və genişləndirilməsi.
Tələblər:
- Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
- İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi üstünlükdür;
- MS Ofis programlarında yüksək səviyyədə işləmə bacarığı (Excel, Word, Outlook);
- Güclü ünsiyyət bacarığı;
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan resursları əməliyyatları üzrə mütəxəssis
Son tarix 31 avq 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- İşə başlayacaq olan işçilərin işə giriş təlimatı və əməyin mühafizəsi şərtləri ilə tanış olunması;
- Şirkət əməkdaşlarının işdən çıxma prosedurlarının təşkili: İşdən çıxış səbəblərinin araşdırılması, müvafiq şöbənin əməkdaşına yönləndirilməsi, ərizənin alınması, işdən çıxış aktının imzalanma prosesinin təşkil edilməsi, elektron dövlət portalından və daxili sistem üzərindən işçyə xitam verilməsi;
- Kadr əmrlərin hazırlanması (işdən azad, işə qəbul, əmək məzuniyyəti, vəzifə/şöbə/maaş dəyişikliklərinin hazırlanması);
- Müəyyən olunmuş dövrlər üzrə insan resurslarının inkişafı və idarə edilməsinə dair strategiyalar, proqramlar, təşkilati-sərəncam və digər sənədlərin layihələrinin hazırlanmasında iştirak etmək və təsdiq edildikdən sonra onların həyata keçirilməsini təmin etmək;
- İnsan resursları fəaliyyəti ilə bağlı statistik hesabatları tərtib edir və aidiyyəti üzrə təqdim etmək;
- Müəssisədaxili administrasiya işlərinin həyata keçirilməsinə nəzarət edilməsi
Şöbənin və digər şöbələrin əməkdaşlarının daxili icra və əmək intizamı qaydalarına riayət etməsinə nəzarət edilməsi; - Məktubların yazılması, göndərilən sənədlərin həm jurnalda həm də elektron qeydiyyatının aparılması, skan olunması, ünvana çatmasına və icra olunmasına nəzarət olunması.
Tələblər:
- Ali təhsil (psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment kimi sahələrdə ali təhsil arzu olunandır);
- İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 3 il iş təcrübəsi;
- Yaxşı səviyyədə 1C (8.2: 8.3) bilikləri;
- Yaxşı səviyyədə MS Excel bilikləri;
- Səlis Azərbaycan və Rus dili bilikləri;
- Azərbaycan Respublikası Əmək Məcəlləsi bilikləri;
- Elektron Hökümət Portalları ilə ( e-sosial; İSB; ƏMAS) işləmə bacarığı;
- Kadr kargüzarlığının aparılmasına dair biliklər;
- Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
- Komandada işləmək bacarığı;
- Analitik düşünmə və problemləri həll etmə və liderlik bacarıqları;
- İşçi qruplarının idarə edilməsində, eləcə də yeni təşəbbüslərdə liderlik bacarıqlarının nümayiş etdirilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.