Kontakt Home
Art direktor
Son tarix 28 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkətdaxili dizayn komandasının idarə edilməsi, onların düzgün istiqamətdə yönləndirilməsi;
- Departament və şöbələr tərəfindən verilən tapşırıqların düzgün təhlil edilməsi və icra edilməsi;
- Şirkət tərəfindən aparılan marketinq kampaniyalarına həm yaradıcı, həm də görüntü tərəfindən tam dəstəyin verilməsi;
- Şirkətin irəli sürdüyü dəyərlərin və strategiyanın düzgün və yaradıcı yollarla geniş kütləyə çatdırılması;
- Şirkətin yaradıcı və dizayn istiqamətində çalışdığı üçüncü şirkətlərlə görüşlərin təşkili, onların təqdim etdikləri bütün növ materiallara nəzarətin aparılması;
- Reklam çəkilişlərində iştirak və çəkilişin görüntü tərəfinin birbaşa nəzarətdə saxlanılması;
- Mağazalarda olan marketing və brendinq yönümlü kommunikasiyalara nəzarət edilməsi və daimi olaraq bu istiqamətdə yaradıcı həllərin verilməsi.
Tələblər:
- Ali təhsil;
- Art direktor və ya Dizayn rəhbəri vəzifəsində minimum 5 il iş təcrübəsi;
- Səlis Azərbaycan dili biliyi, İngilis və Rus dili bilikləri üstünlükdür;
- Proqram bilikləri: Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Adobe XD (və ya Figma), Microsoft Power Point, Microsoft Word;
- Hər növ çap materialları və rəqəmsal məhsullarla işləmə bacarığı;
- Çap və Rəqəmsal məhsul bilikləri;
- Proyekt menecmenti;
- İdarəçilik, qərarvermə və strateji düşünmə qabiliyyəti;
- Dəqiqlik, məsuliyyət və dürüstlük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Operator
Son tarix 28 mar 2024 Müraciət et
Təsvir:
- Servis mərkəzinə daxil olan hər bir müştərinin növbəli şəkildə qəbul edilməsi;
- Müraciətindən asılı olaraq müştərinin tələbatını formalaşdıraraq ətraflı şəkildə məlumatın təqdim edilməsi;
- Təmir olunmuş cihazların müştərilərə təqdim edilməsi;
- Lazımi sənədlərin hazırlanması;
- Lazımi ünvanlara mailların yönləndirilməsi.
Tələblər:
- Orta ixtisas və ya ali təhsil;
- Səlis Azərbaycan dili biliyi və rus dili biliyi;
- GSPN sistemini bilməsi arzuolunandır;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Emosiyalarını idarə etmək bacarığı;
- Təşəbbüslü və özünə güvənən;
- Diqqətli, çevik və operativ;
- Xidmət sahəsində iş təcrübəsi arzu olunandır.
İş şəraiti:
- İş saatı: növbəli
- İş yeri Molokan bağının yaxınlığı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Təftiş üzrə kiçik mütəxəssis
Son tarix 28 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Qarşıya qoyulmuş tapşırıqların tələb olunan müddət və keyfiyyətdə həyata keçirilməsi;
- Planlaşdırılmış və qəfləti mal qalığının inventarizasiyasının aparılması;
- Kassa qalıqlarının yoxlanılması;
- Müvafiq hesabatların hazırlanması;
- Rəhbərliyin göstərişi ilə digər tapşırıqların həyata keçirilməsi.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müvafiq sahə üzrə iş təcrübəsi;
- Microsoft Office proqramlarında yaxşı səviyyədə çalışma bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Güclü analitik bacarıqları;
- Tez öyrənmək və uyğunlaşmaq bacarığı;
- İş ilə bağlı ezamiyyə etmək imkanı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 10:00-19:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CRM Menecer
Son tarix 28 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- SMS, Email və Push göndəriş servisləri vasitəsilə bildirişlərinin göndərilməsinin həyata keçirilməsi;
- Davranışa uyğun olaraq istifadəçilərin seqmentasiyası;
- Statistik məlumat bazası, onların təhlili və seqmentasiyası istiqamətində mütəmadi işlərin aparılması;
- Nəzəriyyələrin düşünülməsi və yoxlanılması, A/B testlərinin aparılması və onların əsasında qərarların qəbul edilməsi;
- Müştərilərin davranış yollarının mükəmməlləşdirilməsi (customer journey map);
- Natamam sifarişlərin konversiya faizinin artırılması;
- Hesabatların hazırlanması, planlama və proseslərin təhlili;
- Müxtəlif parametrlər üzrə müştəri bazasının təhlili və seqmentasiyası;
- Təkrar və yeni sifarişlərin artırılması istiqamətində iş aparılması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Uyğun vəzifə üzrə iş təcrübəsi – 3 ildən az olmayaraq;
- Email və Push göndəriş servisləri və CRM sistemləri ilə iş təcrübəsi;
- Effektivliyin dəyərləndirilməsi üzrə əsas göstəriciləri bilməli;
- Təşkilatçılıq, planlaşdırma qabiliyyəti və büyük məlumat həcmi ilə iş bacarığı;
- Məsuliyyət, analitik və sisitematik düşüncə tərzi;
- Digital yönümlü olmalı;
- Güclü kommunikasiya və idarəetmə bacarıqları.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kopirayter
Son tarix 28 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Kampaniya mətnlərinin yazılması;
- Ssenarilərin yazılması;
- Sosial media üçün kontentlərin yazılması;
- Kreativ strategiyanın hazırlanması;
- Yeni kampaniya ideyalarının verilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dillərində səlis danışma və yazma qabiliyyəti, Rus dili biliyi arzu olunandır;
- Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
- Araşdırma bacarığı;
- Qeyd: Portfolio göndərməyiniz mütləqdir.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Mağaza anbar işçisi (Qusar)
Son tarix 28 mar 2024 Müraciət et
Vəzifələr:
- Mağazaya daxil olan məhsulların maşınlardan boşaldılması və yerləşdirilməsi;
- Anbar və mağazada məhsulların səliqəsinə nəzarət edilməsi;
- Təhlükəsizlik qaydalarına riayət olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
- Fiziki cəhətdən sağlam və güclü;
- Məsulliyyətli, cəld, komandada işləmə bacarığı.
İş şəraiti:
- İş günü: 6 gün, 1 gün istirahət;
- Əmək haqqı: 500 AZN.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.