Kontakt Home
Marketinq üzrə menecer
Son tarix 02 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Brend təqdimatlarından, yeniliklərdən və məhsul funksionalından xəbərdar olması;
- Bazar tələbatının, rəqiblərin aktivliklərinin öyrənilməsi;
- Məhsulun hədəf kütləsinə uyğun reklam kampaniyalarının hazırlanması;
- Reklam kampaniyalarının effektivliyinin ölçülməsi;
- Partnyorlarla iş, ortaq layihələrin idarəsi;
- Seqment üzrə analizlərin aparılması;
- Məhsulların tanıtım, təqdimat kampaniyalarının təşkili.
Tələblər:
- Ali təhsil;
- Elektronika sahəsi üzrə (əsas çeşidlər, məhsul markaları, istehsalçılar və təchizatçılar) biliklər;
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
- Səlis Azərbaycan və Rus dili bilikləri, yaxşı səviyyədə İngilis dili biliyi;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Analitik düşünmə qabiliyyəti;
- Nəticə yönümlülük.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Daxili audit üzrə mütəxəssis / aparıcı mütəxəssis
Son tarix 02 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- İllik Audit planına uyğun olaraq audit yoxlamalarının həyata keçirilməsi;
- Biznes proseslərinin daxili qayda və prosedurlara uyğun həyata keçirilməsinin müəyyən edilməsi;
- Mühasibat uçotunun aparılmasının, maliyyə hesabatlarının düzgünlüyünün və etibarlılığının yoxlanılması;
- Daxili nəzarət nöqsanları barədə rəhbərliyə hesabat verilməsi, risklərin azaldılması üçün tövsiyələrin verilməsi;
- Aşkar edilmiş çatışmazlıqlar barədə rəhbərliyə məlumat verilməsi, daxili audit hesabatının hazırlanması;
- Yekunlaşmış daxili audit yoxlamaları üzrə tədbirlər planının monitorinqi;
- Daxili audit prosedurlarına aid digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Ali təhsil;
- Maliyyə Hesabatları üzrə biliklər;
- ACCA, CİA, CFE və s. beynəlxalq peşəkar sertifikatların olması üstünlükdür;
- Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
- Səlis Azərbaycan dili və dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
- Datanın emal edilməsi və struklaşdırılması bacarığı;
- Analitik düşüncə və problemlərin idarə edilməsi bacarıqları;
- Şifahi və yazılı ünsiyyət bacarığı;
- Vaxtın səmərəli idarəedilməsi bacarığı;
- Müstəqil və qrup daxilində effektiv işləmə bacarığı;
- Obyektiv düşünmək bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kopirayter
Son tarix 02 mar 2024 Müraciət et
Vəzifə öhdəlikləri:
- Kampaniya mətnlərinin yazılması;
- Ssenarilərin yazılması;
- Sosial media üçün kontentlərin yazılması;
- Kreativ strategiyanın hazırlanması;
- Yeni kampaniya ideyalarının verilməsi.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dillərində səlis danışma və yazma qabiliyyəti, Rus dili biliyi arzu olunandır;
- Kopirayter vəzifəsi üzrə iş təcrübəsi – 1 ildən artıq;
- Araşdırma bacarığı;
- Qeyd: Portfolio göndərməyiniz mütləqdir.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.