Proqram təminatı üzrə mühəndis (Full-Stack Developer)
Son tarix 11 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
-
Yeni proqram təminatı və modulların yazılması;
-
Kodlaşdırma zamanı qəbul edilmiş prinsip və standartların (Best Practices) nəzərə alıması;
-
Proses zamanı qarşıya çıxan problemlərin analizi, aradan qaldırılması;
-
Yazılmış hər bir modul və ya həllin müvafiq testlərlə dəstəklənməsi;
-
Sənədləşdirmə və mövcud sənədləşdirmənin təkmilləşdirilməsi;
-
Proqram təminatının daha sonrakı mərhələlərdə dəstəklənməsi.
Tələblər:
-
JavaScript, React (və ya digər platformalar qəbul edilə bilər);
-
HTML5, CSS, Responsive design;
-
OOP və Design Pattern-lərlə nəzəri və praktiki biliklər;
-
ASP.NET CORE, RESTful API’s, ORM’s;
-
SQL və SQL SERVER RDBMS-lə təcrübə;
-
Unit testlər yazmaq bacarığı;
-
Minimum texniki səviyyədə ingilis dili biliyi.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Sistem üzrə aparıcı mühəndis
Son tarix 11 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
-
IT İnfrasturkturun – server, iş stansiyaları, avadanlıq və proqram təminatınn fasiləsiz fəaliyyətinin təşkil və təmin edilməsi
-
Monitorinq və loqlamaların düzgün şəkildə aparılmasının təmin edilməsi, monitorinq nəticələrinə əsasən infrastrukturun inkişafı ilə bağlı təkliflərin hazırlanılması;
-
Şirkətin sabit IT sisteminin işinə və korporativ təhlükəsizlik standartlarına riayət edilməsinin təmin edilməsi;
-
Ən son proqram versiyalarının quraşdırılması üçün dəstəyin təmin edilməsi;
-
Şəbəkə arxitekturasının vəziyyətinin monitorinqi, problemlərin araşdırılması və həlli;
-
İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması.
Tələblər:
-
Server və virtualizasiya sistemləri üzrə təcrübə;
-
Şəbəkə üzrə biliklər;
-
System bilikləri (Windows Server, MS Active Directory, MS Exchange, EDR, Proxy, Logging-Audit, Ticketing Systems);
-
Paylanmış proqram arxitekturaları, konteyner (Docker) və orkestrləşdirmə (Kubernetes) sahəsində təcrübə arzu olunandır;
-
Əsas və Test mühitin qurulması və idarə olunması üzrə təcrübə;
-
Ali təhsil (Kompüter elmləri və ya informasiya texnologiyaları sahəsi üzrə);
-
Səlis azəybaycan dili biliyi, yaxşı səviyyədə ingilis dili biliyi, rus dili biliyi arzu olunandır;
-
İnformasiya texnologiyaları sahəsində ən azı 3 il iş təcrübəsi;
-
Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür;
-
Detallara və nəticəyə yönümlülük;
-
Ünsiyyət qurma bacarığı;
-
Komandada işləmə bacarığı.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Problemli kreditlər üzrə müfəttiş
Son tarix 11 okt 2023 Müraciət et
Vəzifə öhdəlikləri:
-
Problemli kredit portfellərinə nəzarətin həyata keçirilməsi;
-
Hər bir gecikmə üzrə müştərilərlə əlaqə yaradılması;
-
Gecikmə səbəblərinin araşdırılması və problemin aradan qaldırılması üçün tədbirlərin görülməsi;
-
Gecikmədə olan müştərilərlə bilavasitə ünsiyyətin yaradılması, kompleks tədbirlərin həyata keçirilməsi;
-
Kredit ödənişlərinin həyata keçirilməsinin təmin edilməsi.
Tələblər:
-
Ali təhsil (hüquq təhsili olması üstünlükdür);
-
Problemli kreditlər sahəsində iş təcrübəsi arzu olunandır;
-
Tələbkarlıq, obyektivlik, məsuliyyətlilik, aktivlik;
-
Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı);
-
Komandada işləmək bacarığı.
İş şəraiti:
-
İş günləri: I-V günlər tam iş günü, şənbə günü qısa iş günü;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.