Kontakt Home
Satış Məsləhətçisi (Kosmetika və baxım)
Son tarix 15 okt 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan müştərilərin qarşılanması, tələbatının aşkarlanması və tələbata uyğun olaraq müştəriyə düzgün məhsul seçimi etməkdə köməkliyin göstərilməsi;
- Məhsul, xidmət və kampaniyalar haqqında müştərilərin məlumatlandırılması;
- Satış texnikasına uyğun olaraq satış prosesinin həyata keçirilməsi;
- Şirkət tərəfindən göndərilən vitrin məhsullarının qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Qiymət kağızlarında qeyd olunan məlumatların doğruluğunun təmin edilməsi;
- Cavabdeh olduğu məhsulların qalığının mütəmadi yoxlanması və nəticə haqqında məlumatın verilməsi.
Tələblər:
- Satış təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Satış etmə bacarığı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günləri: 6 iş günü, 1 gün istirahət;
- Şirkət daxili təlim və inkişaf imkanları.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kassir
Son tarix 15 okt 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
- Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
- Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
- Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
- Yaranan problemlərlə bağlı müvafiq struktur rəhbərlərinin məlumatlandırılması.
Tələblər:
- Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (Ali təhsil arzu olunandır);
- Müvafiq sahə üzrə iş təcrübəsi arzu olunandır;
- Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
- Kompüter bilikləri (MS Office, Mikro ERP və 1C proqramları ilə işləmə bacarığı)
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş günləri: 6 iş günü, 1 gün istirahət.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.