Statistika üzrə mütəxəssis
Son tarix 11 sen 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
-
Servisin iş keyfiyyətinin ölçülməsi üçün lazımi məlumatların toplanmasına nəzarət edilməsi;
-
Müvəqqəti istifadəyə təqdim edilən və uzun müddət qaytarılmayan cihazlara nəzarət edilməsi; (Müştərilərə xəbərdarlıq məktublarının hazırlanıb göndərilməsi və hüquq şöbəsi ilə nəzarətdə saxlanılması)
-
Rəhbərlik və digər şöbələr tərəfindən tələb olunan statistikaların hazırlanaraq təqdim edilməsi;
Tələblər:
-
Ali təhsil;
-
Səlis Azərbaycan dili və Rus dili biliyi;
-
Microsoft Office proqramlarında yüksək səviyyədə çalışma bacarığı (Word, Excell, Outlook);
-
Hesablama və təhlil etmə bacarığı;
-
Komanda ilə işləmək bacarığı;
-
Məsuliyyətlilik, dürüstlük və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Qrafik dizayner
Son tarix 11 sen 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
-
Key visualların hazırlanması;
-
Reklam kampaniyalarının proyektlərinin hazırlanması;
-
Plakatların, sütunların, bannerlərin maketlərinin hazırlanması, kataloqlarin hazirlanmasi;
-
Korporativ stilin elementlərinin hazırlanması: endirim kartları, açıqça, flayer, təqvimlərin və s . hazırlanması;
-
Marketinq layinhələrinin vizuallaşdırılması.
Tələblər:
-
Qrafik dizayn sahəsində minimum 3 il iş təcrübəsi;
-
Brandbookla işləmə təcrübəsi və bacarığı;
-
Reklam materiallarının istifadə qaydası üzrə biliklər;
-
Photoshop, Adobe Illustrator və İndesign proqramları üzrə yüksək səviyyədə biliklər;
-
Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi;
-
Tapşırıq üzrə funksional həllər təklif etmə bacarığı;
-
Detallara qarşı diqqətlilik.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Satış məsləhətçisi (Mingəçevir)
Son tarix 11 sen 2022 - Müraciət et
Təsvir:
-
Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
-
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
-
Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
-
İş rejimi: növbəli
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
-
Şirkət daxili təlim və inkişaf imkanları
-
Karyera yüksəlişi imkanı
-
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Tələblər:
-
Satış təcrübəsi arzu olunandır
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
-
Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
-
Satış qabiliyyəti olmalı
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Çatdırılma xidmətləri üzrə fəhlə
Son tarix 11 sen 2022 - Müraciət et
Təsvir:
-
Məişət və mebel məhsullarının ünvanlara çatdırılmasının icra edilməsi;
-
Müştəri ilə təhvil-təslim prosesinin həyata keçirilməsi;
-
Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
-
Təhlükəsizlik qaydalarına riayət olunması.
İş şəraiti:
-
İş günü: 6 gün iş, 1 gün istirahət;
-
İş saatı: 09:00-18:00
Tələblər:
-
Fiziki cəhətdən sağlam və güclü;
-
Məsulliyyətli, punktual və komandada işləmək bacarığı.
Operator (Servisdə)
Son tarix 11 sen 2022 - Müraciət et
Təsvir:
-
Servis mərkəzinə daxil olan hər bir müştərinin növbəli şəkildə qəbul edilməsi;
-
Müraciətindən asılı olaraq təmir, diaqnostika, qızıl zəmanət və qızıl zəmanət ultra şərtləri barəsində ətraflı şəkildə müştəriyə məlumatın təqdim edilməsi;
-
Təmirə qəbul zamanı müştərinin ödənişlərində gecikmə olub-olmamasına nəzarət edilməsi;
-
Sistem üzərində qeydiyyatın aparılması; təhvil-təslim sənədinin hazırlanıb bir nüxsəsinin müştəriyə təqdim edilməsi;
-
Telefon və ya planşetlərin təmirə qəbul zamanı, müştəriyə müvəqqəti istifadə cihazının təklif edilməsi;
-
Müştərinin istəyindən asılı olaraq razılaşma sənədi ilə müvəqqəti istifadə cihazının təqdim edilməsi;
-
Müştərilərin irad və təkliflərinin aidiyyatı şöbəyə yönləndirilməsi;
-
Cihazların qəbulu, sistemdə əmtəə görünüşü və vəziyyəti barədə qeydiyyatın aparılmasının təmin edilməsi;
Tələblər:
-
Orta ixtisas və ya Ali təhsil
-
Səlis Azərbaycan və Rus dili biliyi
-
Bu sahədə iş təcrübəsi arzu olunandır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Kassir (Quba)
Son tarix 11 sen 2022 - Müraciət et
Təsvir:
-
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin, o cümlədən kredit ödənişlərinin qəbul edilməsi;
-
Ödənilən vəsaitlərin yoxlanılması və tələb olunan qaydada əməliyyatın həyata keçirilməsi;
-
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədlərin tərtib edilməsi;
-
Kassadan keçən bütün pul vəsaitlərinin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
-
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasının və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsinin təmin edilməsi;
-
Müştərilərin suallarını dinləyib, səlahiyyəti çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi.
İş şəraiti:
-
İş günləri: Növbəli;
Tələblər:
-
Ali təhsil;
-
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
-
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
-
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
-
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Satış məsləhətçisi (Masallı)
Son tarix 11 sen 2022 - Müraciət et
Təsvir:
-
Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
-
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
-
Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
-
İş rejimi: Növbəli