Back-end üzrə proqramçı
Son tarix 23 iyn 2022
Vəzifə öhdəlikləri:
-
Şirkətin ehtiyaclarını müzakirə etmək üçün dizayn qrupu ilə görüşlərin keçirilməsi;
-
Magento şablonlarının kodlaşdırılması;
-
Ən yaxşı təcrübələrdən istifadə edərək PHP-də Magento modullarının hazırlanması;
-
Magento 2x e-commerce vebsaytlarının qurulması və konfiqurasiyası.
Tələblər:
-
Ali təhsil (Kompüter elmləri və ya əlaqəli sahə üzrə);
-
Magento, JavaScript, HTML, PHP, CSS və MySQL üzrə qabaqcıl biliklər;
-
Tam e-commerce həyat dövrünün inkişafı üzrə təcrübə;
-
Layihəni idarə etmək və ciddi son tarixlərə uyğun işləmək bacarığı;
-
PHP / Magento CMS / SQL / Postman / Swagger / OOP / Design Patterns üzrə biliklər;
-
Detallara güclü diqqət;
-
Komanda ilə işləmək bacarığı.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Logistik əməliyyatlar üzrə kiçik mütəxəssis
Son tarix 23 iyn 2022
Vəzifə öhdəlikləri:
-
Sifariş olunan və daşınan yüklərin qeydiyyatının aparılması;
-
Daşınma ilə bağlı zəruri sənədlərin toplanması, yoxlanması və aidiyyəti üzrə təqdim olunması;
-
Yüklərin daşınma xərclərinin qeydiyyatının aparılması;
-
Daşınma zamanı yaranmış əlavə xərclərin, cərimələrin qeydiyyatının aparılması;
-
Ödəniş üçün zəruri sənədlərin toplanması və yoxlanılması;
-
Nəqliyyatçılar, daşıyıcı şirkətlərlə yazışmaların aparılması;
-
Gömrük prosedurları üçün tələb olunan sənədlərin, nəqliyyat xərcinin təqdim olunması;
-
Lazımi sənədlərin maliyyə şöbəsinə təqdim olunması və sistemdə ödəniş üçün sorğu göndərilməsi;
-
Ödənişlərin icrasına nəzarət və bu barədə daşıyıcı şirkətlərə məlumatın təqdim edilməsi;
-
Sənədlərin əslinin və elektron surətlərinin arxivləşdirilməsi;
-
Daxil olan sorğular əsasında sənədlərin təqdim olunması, habelə, dövrü olaraq maliyyə şöbəsi ilə ödəniş üzləşmələrinin aparılması;
-
Bölmə rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, eləcə də, hesabatların hazırlanlanıb, təqdim olunması.
Tələblər:
-
Ali təhsil (Texniki və İqtisadi sahələr üzrə arzuolunandır);
-
Səlis Azərbaycan və Rus dili bilikləri, İngilis dili biliyi arzuolunandır;
-
MS Office, xüsusilə Excel proqramında sərbəst işləmə bacarığı;
-
Verilən tapşırıqları təyin olunmuş zaman kəsiyində icra etmək, yaranmış problemləri operativ həll etmək, eləcə də yüksək ünsiyyət bacarığı;
-
Punktuallıq və detallara diqqət etmə bacarığı;
-
Analitik düşünmə və təhlil etmə qabiliyyəti;
-
Korporativ yazışma və işgüzar danışıqların aparılması vərdişləri.
Əlavə üstünlüklər:
-
AR Gömrük Qanunvericiliyi üzrə biliklər;
-
Mühasibatlıq və kargüzarlıq sahəsində təcrübə;
-
Incoterms 2010/2020 bilikləri.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Front-end üzrə proqramçı
Son tarix 23 iyn 2022
Vəzifə öhdəlikləri:
-
İstifadəçi interfeysi ideyalarının və tətbiqlərinin müzakirə edilməsi üçün inkişaf qrupu ilə görüşlərin keçirilməsi;
-
Tətbiq tələblərinin və interfeys dizaynlarının nəzərdən keçirilməsi;
-
Veb əsaslı istifadəçi qarşılıqlı əlaqələrinin müəyyən edilməsi;
-
React.js iş axınlarından sonra JavaScript istifadə edərək proqram interfeysi kodlarının yazılması;
-
İnterfeys proqram təminatı ilə bağlı problemlərin aradan qaldırılması və proqram kodlarının sazlanması;
-
İstifadəçi interfeysi konsepsiyalarını dəstəkləmək üçün qabaqcıl arxitekturanın hazırlanması və həyata keçirilməsi;
-
Front-end performansının monitorinqi və təkmilləşdirilməsi;
-
Tətbiq dəyişikliklərinin sənədləşdirilməsi və yeniləmələrin hazırlanması.
Tələblər:
-
Ali təhsil (Kompüter elmləri, informasiya texnologiyaları və ya oxşar sahə üzrə);
-
React.js tərtibatçısı kimi iş 2 ildən artıq iş təcrübəsi;
-
İstifadəçi interfeysi dizaynı ilə bağlı təcrübə;
-
JavaScript, CSS, HTML və front-end dilləri üzrə dərin biliklər;
-
React.js, Webpack, Enzyme, Redux və Flux daxil olmaqla REACT alətləri haqqında biliklər;
-
Mocha və Jest daxil olmaqla, performans test çərçivələri haqqında biliklər;
-
Brauzer əsaslı sazlama və performans test proqramı ilə təcrübə.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.