Kontakt Home
Korporativ və topdan satış məhsullarının koordinasiyası üzrə mütəxəssis
Son tarix 12 iyn 2022 - Müraciət et
Əmək haqqı: 800 AZN.
Təsvir:
- Korporativ şöbənin sifarişləri əsasında satış fakturalarının yaradılması;
- Korporativ və topdan satışların göndərilməsi üçün çıxış sənədlərinin hazırlanması və logistika şöbəsinə yönləndirilməsi;
- Təhvil-təslim sənədlərinin yığılaraq arxivləşdirilməsi;
- Məhsulların müştərilərə çatdırılma prosesinin nəzarətdə saxlanması;
- Korporativ və topdan alış üzrə müştərilərin qəbulu və yola salınması;
- Sifarişlər əsasında məhsulların rezerv olunması;
- Müştərilərdən qaytarılmalar və imtina olunmuş sifarişlərin vaxtlı-vaxtında işlənməsi;
- Sifarişlər əsasında rezerv olunmuş məhsulların korporativ şöbə ilə mütəmadi olaraq araşdırılması;
- Anbar müdiri və müavininin əlavə göstərişlərinin icra olunması;
Tələblər:
- Tam orta təhsil (Ali təhsil arzuolunan);
- 1C və Mikro Fly üzrə işləmə bacarığı;
- Məişət məhsullarının satışı üzrə təcrübə;
- Operativ işləmə qabiliyyətli;
- Stresə davamlı:
İş şəraiti:
- İş günləri: I-VI günlər;
- İş saatı: 09:00-18:00.
Kontakt Home
Promo və reklam üzrə mütəxəssis
Son tarix 12 iyn 2022 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Promoterlərin idarə edilməsi;
- Flayer paylanmaları zamanı bölüşdürmənin həyata keçirilməsi;
- Flayer paylanmalarının düzgün aparılmasının təmin edilməsi;
- Mövcud promoter bazasının genişləndirilməsi;
- Sorğuların keçirilməsinə nəzarət edilməsi və nəticələrin rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi – 1 ildən;
- Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
- Promoter bazasının olması;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Araşdırma və tədqiqat bacarıqları;
- Statistikada nümunələri qeyd etmək bacarığı;
- Təşkilati və təqdimat bacarıqları;
- Ünsiyyət və komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.