İnzibati şöbənin rəhbəri
Son tarix 17 apr 2022
Vəzifə öhdəlikləri:
-
İnzibati heyətə tapşırıqların verilməsi və gündəlik fəaliyyətə nəzarət edilməsi;
-
Bütün inzibati prosedurları və sistemlərin planlaşdırılması, əlaqələndirilməsi və idarə edilməsi;
-
İR və digər departamentlərlə əlaqənin saxlanılması;
-
Ən yüksək səviyyəli xidmətin göstərilməsinə texniki dəstəyin təmin edilməsi;
-
Digər ofis fəaliyyətlərinin təşkil edilməsi və onlara nəzarət edilməsi;
-
İnzibati büdcənin idarə edilməsi;
-
Büdcə məhdudiyyətlərini nəzərə alaraq ofis ləvazimatlarının istifadəsinə və yeni materialların alınmasına nəzarət edilməsi;
-
Xərclər və ofis büdcələri haqqında müntəzəm hesabatların hazırlanması;
-
Sağlamlıq və təhlükəsizlik qaydalarına dair işçilərinin məlumatlandırılmasına nəzarət edilməsi;
-
Mərkəzləşdirilmiş arxiv sisteminin təşkil və idarə edilməsi, arxiv materiallarına çıxış imkanının yaradılması üçün kataloqlaşdırma sisteminin inkişaf etdirilməsi;
-
Mİgrasiya və səyahət məsələlərinin vaxtında həyata keçirilməsinə nəzarət edilməsi.
Tələblər:
-
Ali təhsil;
-
Müvafiq sahə üzrə rəhbər olaraq iş təcrübəsi – 3 ildən artıq;
-
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
-
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-
Məsuliyyətlilik, işgüzarlıq, ciddilik və aktivlik;
-
İş planlama və təşkil etmə bacarığı;
-
Komanda ilə işləmək və idarə etmək bacarığı;
-
Analitik düşünmə qabiliyyəti.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.