Satış məsləhətçisi
Son tarix 11 apr 2022
Vəzifə öhdəlikləri:
-
Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
-
Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
-
Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
Tələblər:
-
Satış təcrübəsi arzu olunandır;
-
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi arzu olunandır;
-
Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
-
Satış etmə bacarığı.
İş şəraiti:
-
İş günləri: hər 3 gündən bir istirahət günü;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İnsan resursları üzrə mütəxəssis
Son tarix 11 apr 2022
Vəzifə öhdəlikləri:
-
İşə qəbul edilən işçilərin müqavilələrinin hazırlanması, şəxsi işlərinin yaradılması;
-
Əmək müqaviləsinin bağlanması, dəyişikliklər edilməsi və xitam verilməsi ilə bağlı bildirişlərin Elektron informasiya sistemi (E-GOV) uyğun olaraq vaxtında daxil edilməsi;
-
İşə qəbul, işdən azad, məzuniyyət və istehsalat əmrlərin hazırlanması;
-
Məzuniyyət, intizam tənbehi, əmək qabiliyyətinin itirilməsi halları üzrə müvafiq sənəd və proseslərin icrası, koordinasiyası və izlənməsi.
-
Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsinin uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-
Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi, ezamiyyətə gedən işçilərin ezamiyyə vəsiqələrinin hazırlanması;
-
İşdən azad olunan işçinin son haqq hesabı (iş günü, məzuniyyət və s.) ödənişinin həyata keçirilməsi;
-
Kadrlarla bağlı məşğulluq və digər orqanlara müvafiq hesabatların təqdim edilməsi;
-
İcbari sığorta müraciətlərinin vaxtında həyata keçirilməsi.
Tələblər:
-
Ali təhsil;
-
İnsan Resursları üzrə mütəxəssis olaraq minimum 2 illik iş təcrübəsi;
-
Azərbaycan Respublikası Əmək Məcəlləsini bilməli;
-
Kadr kargüzarlığının aparılmasına dair təlimatı bilməli;
-
MS Office Excell proqramını yüksək səviyyədə bilməli;
-
Yüksək səviyyədə yazılı və şifahı ünsiyyət bacarığı;
-
Azərbaycan dili yüksək səviyyədə, rus dili arzuolunandır;
-
Yüksək ünsiyyət qurma və komandada işləmək bacarığı;
İş qrafiki: 5 günlük, I – V günlər 09:00-18:00,
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Şikayətlər üzrə inzibatçı
Son tarix 11 apr 2022
Təsvir:
-
Müştərilərin iradlarını qeydə alaraq həll etməli;
-
Qeydə alınan iradların hesabatını aparmalı;
-
Digər şöbənin əməkdaşları ilə daim ünsiyyətdə olmalı;
-
Digər şöbələrdən daxil olan iradların araşdırmasını və qeydlərini aparmalı;
-
Müştərilərin məmnuniyyətini yoxlamalı.
İş şəraiti:
-
Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
-
İş qrafiki: 09:00-dan 18:00-dək, 12:00-21:00-dək növbəli, hər 3 gündən bir istirahət günüdür
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
Tələblər:
-
Ali təhsilli;
-
Azərbaycan və rus dillərini səlis bilməli;
-
1C proqramını bilmək vacibdir;
-
Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
-
Kollektivdə komanda ilə işləmə bacarığı;
-
Məsuliyyətli və inkişafa meyilli olmalı;
-
Stresə davamlı olmalı.