Bazar araşdırması üzrə mütəxəssis
Son tarix 21 mar 2022 -
Vəzifə öhdəlikləri:
-
Təyin edilmiş marketinq araşdırması layihəsinin məqsədlərinin və bu məqsədlərə çatmaq üçün istifadə ediləcək ən yaxşı üsulların müəyyən edilməsi;
-
Anketlər, sorğular və digər məlumat toplama resurslarının hazırlanması;
-
Məhsul və xidmətlərin rəqabətə davamlılığı, bazarın inkişaf trendləri istiqamətində strateji təhlillərin aparılması;
-
Cari məhsul bazarı, müştəri demoqrafiyası, məhsul tələbinə təsir edən amillərlə bağlı məlumatların araşdırılması; mövcud məhsulların satışını və bazara nüfuzunu artırmaq üçün müvafiq tövsiyələr verilməsi;
-
Digər bazar iştirakçılarının fəaliyyət (qiymət, satış və marketinq metodologiyası) ilə bağlı məlumatların dövri olaraq toplanıb təhlil edilməsi;
-
Araşdırma yolu ilə potensial yeni məhsul və ya bazarların müəyyən edilməsi;
-
Toplanmış məlumatlar əsasında marketinq və satış meyllərinin proqnozlaşdırılması və izlənməsi;
-
Rəhbərliyə nəticələr üzrə hesabatlar və təqdimatların təqdim edilməsi.
Tələblər:
-
Ali təhsil(Marketinq, statistika üzrə təhsil arzu olunandır);
-
Müvafiq sahə üzrə iş təcrübəsi – 2 ildən;
-
Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
-
Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-
Microsoft Power BI/Tableau üzrə biliklər;
-
Araşdırma və tədqiqat bacarıqları;
-
Statistikada nümunələri qeyd etmək bacarığı;
-
Təşkilati və təqdimat bacarıqları;
-
Analitik düşünmə qabiliyyəti;
-
Ünsiyyət və komandada işləmək bacarığı;
-
İşgüzarlıq, aktivlik, təşəbbüskarlıq və problemləri həll etmək bacarığı;
-
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Analitik (Marketinq üzrə)
Son tarix 21 mar 2022
Vəzifə öhdəlikləri:
-
Data modelləşdirmə və statistik metodlardan istifadə etməklə tapşırığa əsasən müvafiq ticari proseslərin əlaqələndirilməsi, zəif nöqtələrin və imkanların aşkarlanması, kanalların və xərclərin səmərəliliyinin təhlil edilməsi;
-
Bazar araşdırılmalarının nəticələrinin təhlilinin edilməsi;
-
Davranış modellərinə əsasən bazarın və satışların, qiymətlərin və s. dinamikası üzrə proqnozların tərtib edilməsi;
-
Marketinq strategiyalarının gedişatının və nəticələrinin proqnozlaşdırması;
-
Kampaniya və aksiyaların satışlarının təhlil edilməsi;
-
Marketinq şöbəsinin satış məlumatları, bazar trendi, proqnozlar və yeni məhsul məlumatları ilə təmin edilməsi;
-
Məhsulların satış xətlərinin və qiymətlərinin analiz edilərək izlənməsi;
-
Xərclərin büdcəyə uyğunluğunun izlənilməsi, hər bir kampaniyanin özünü doğrultma dərəcəsinin qiymətləndirilməsi və təhlil edilməsi;
-
Proqnoz və nəticələrin effektiv vizuallaşdırma üsulu ilə hesabatlarının hazırlanması.
Tələblər:
-
Ali təhsil (Marketinq, statistika üzrə);
-
Müvafiq sahə üzrə iş təcrübəsi – 2 ildən;
-
Səlis Azərbaycan dili biliyi, Rus və İngilis dili biliyi üstünlükdür;
-
MS Excel, Power BI, SPSS proqramlarında və ya Python/R dilləri üzrə biliklər;
-
Tableu, Data Studio və ya digər vizualizasiya proqramları ilə işləmə bacarığı;
-
SQL bazaları ilə işləmə bacarığı;
-
Statistik modelləşdirmə, analiz və proqnozlaşdırma metodları üzrə biliklər;
-
Təşkilati və təqdimat bacarıqları;
-
Analitik düşünmə qabiliyyəti;
-
Ünsiyyət və komandada işləmək bacarığı.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.