İcraçı (Masallı)
Son tarix 13 fev 2022
Təsvir:
-
Borclulara qarşı məhkəmə iddiası qaldırmaq və qanunun tələblərinə uyğun olaraq borcların alınmasında birbaşa iştirak etmək;
-
Məhkəmədə iddialarla bağlı qərarların icrasının təmin edilməsi ilə bağlı müvafiq tədbirlər görmək;
-
Məhkəmə qərarlarının vaxtında almaq və aidiyyatı üzrə təqdim etmək;
-
Mübahisə tərəfləri ilə əlaqələr yaratmaq və danışıqlar aparmaq;
-
Müvafiq məlumat bazası yaratmaq;
-
Şirkətdaxili sənədlərin hüquqi baxımdan yoxlanılması, hüquqi rəy verilməsi, zərurət yarandıqda dəyişdirilməsi barədə təkliflərin hazırlanması.
Tələblər:
-
Təhsil: ali (hüquq təhsili olanlara üstünlük verillir);
-
Hüquq, problemli kreditlər sahəsində, və ya hüquq mühafizə orqanlarında iş təcrübəsi arzu olunandır;
-
Məsuliyyətli, aktiv və çevik olmalı;
-
Məqsədyönlülük (yekun nəticəyə yönəlmə bacarığı), komandada işləmək bacarığı.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
-
İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Kassir (Cəlilabad)
Son tarix 13 fev 2022
Təsvir:
-
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul etmək;
-
Ödənilən vəsaitləri yoxlayaraq, tələb olunan qaydada əməliyyatları həyata keçirmək;
-
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib etmək;
-
Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləmək, nəzarətdə saxlamaq və hesabatını aparmaq;
-
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və səlahiyyətli nümayəndəyə təhvil verilməsini təmin etmək;
-
Müştərilərin suallarını dinləyərək, səlahiyyəti çərçivəsində cavablandırmaq və yönləndirmək.
Tələblər:
-
Ali təhsil;
-
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
-
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
-
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
-
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Satış məsləhətçisi (Cəlilabad)
Son tarix 13 fev 2022
Təsvir:
-
Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək
-
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək
-
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək
İş şəraiti:
-
İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü).
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı
-
Şirkət daxili təlim və inkişaf imkanları
-
Karyera yüksəlişi imkanı
-
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar
Tələblər:
-
Satış təcrübəsi arzu olunandır
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır
-
Aktiv, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
-
Satış qabiliyyəti olmalı