Mağaza direktorunun köməkçisi (Ukrayna dairəsi)
Son tarix 30 yan 2022 - Müraciət et
Təsvir:
-
Mağaza rəhbərinə inzibati dəstək;
-
Sənədlərin və qiymətlərin çap olunması;
-
Məhsulların düzgün yerləşdirilməsinə nəzarət;
-
Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət;
-
Mağaza üçün təsərrüfat sifarişlərinin verilməsi.
Tələblər:
-
Ali təhsil;
-
İnzibati sahədə iş təcrübəsi - 1 il;
-
Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook);
-
Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir;
-
Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı;
-
İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
-
Müştərilərlə davranış etikası.
Satış məsləhətçisi (Promouter)
Son tarix 30 yan 2022 - Müraciət et
Təsvir:
-
Rəf və əlavə avadandlığın üzərində yerləşən məhsula nəzarət (yerləşdirilmə, düzülüş, təmiz saxlanılma və s.)
-
Məhsulun lazımı ehtiyyat sayına nəzarət
-
Məhsulla maraqlanan müştərilərin qarşılanması
-
Müştəriyə Brend və məhsul barəsində məlumatın verilməsi
-
Müştərinin ehtiyacını təyin edib onun tələblərinə uyğun olan məhsulları təklif etmək
-
Tövsiyyə olunan məhsulların satışını təşkil etmək
-
Rəhbərliyinin tələblərinə uyğun olaraq lazımı məlumatın toplanılması və təqdim olunması
Tələblər:
-
Azərbaycan dilində səlis ünsiyyət qurmaq bacarığı
-
Fikrini sərbəst ifadə etmək bacarığı
-
Öyrənmək qabiliyyəti
-
Sakit, çevik, ünsiyyətçil və məsuliyyətli olmalı
-
Satış qabiliyyəti olmalı
Arzu olunanlar:
-
Rus dili
-
Merçendayzinq və promouter vəzifələrində iş təcrübəsi
-
Liderlik keyfiyyəti
Satış məsləhətçisi (Mebel və Tekstil)
Son tarix 30 yan 2022 - Müraciət et
Tələblər:
-
Satış təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı.
Vəzifələr:
-
Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
-
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
-
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Operator
Son tarix 30 yan 2022 - Müraciət et
Vəzifələr:
- Daxil olan telefon zənglərinə cavab vermək;
- Kompyuterdə zənglərin qeydiyyatını aparmaq;
- Müştəriləri məhsul və xidmətlərlə bağlı konsultasiya etmək;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrini dinləmək və ya müvafiq şəxsə yönəltmək.
Zəruri Tələblər:
- Ali təhsilli;
- Azərbaycan və Rus dillərini səlis bilməli;
- Müştərilərlə ünsiyyət qurmağı bacarmalı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonuna malik olmalı;
- Kollektivdə komanda ilə işləmə bacarığı;
- Məsuliyyətli və inkişafa meyilli olmalı;
- Emosiyalarını idarə edə bilməli;
- Stresə davamlı olmalı.
İş şəraiti:
- Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı