İşə qəbul və talantların idarə olunması üzrə mütəxəssis
Son tarix 20 yan 2022
Vəzifə öhdəlikləri:
-
Şirkətin brendini tanıtmaq və İR tədbirlərində şirkəti təmsil etmək. Əmək yarmarkalarında, universitet karyera günlərində, konfranslarda və digər İR tədbirlərində iştirak edərək şirkəti təmsil etmək;
-
Mövcud vakansiyaları təhlil etmək, vakant vəzifələrə elan materialını hazırlamaq, şirkətdaxili və şirkətxarici vakansiyaların bütün mümkün kanallarda yerləşdirilməsini təmin etmək;
-
Daxil olan CV müraciətlərini vəzifə tələbləri üzrə əvvəlcədən yoxlamaq və potensial namizədləri siyahıya almaq;
-
İşçi qəbul prosesini düzgün idarə edərək, yeni işçi barədə bütün məsul funksiyaların vaxtında məlumatlandırılmasını təmin etmək.
-
İşə qəbul fəaliyyəti və digər göstəricilər üzrə vaxtaşırı dəqiq hesabatlar hazırlamaq;
-
İşə götürmə agentlikləri ilə tərəfdaşlıq qurmaq. Talant bazarı ilə yaxından tanış olmaq;
-
İşə qəbul prosesinin gedişatı ilə bağlı struktur rəhbərlərini məlumatlandırmaq;
-
Şirkətin namizəd bazasını yeniləmək və genişləndirmək.
Tələblər:
-
Ali təhsil (İnsan Resursları üzrə bakalavr və ya magistr dərəcəsinin olması üstünlükdür);
-
İR sahəsində təhsil, təlim və beynəlxalq dərəcəli sertifikatlar arzu olunandır;
-
Həm daxili, həm də xarici talantların cəlb olunması vəzifəsində 1 ildən 3 ilə qədər təcrübə;
-
CIPD, SHRM və digər sertifikatlar əlavə üstünlükdür;
-
Səlis Azərbaycan və Rus dili biliyi;
-
İngilis dili biliyi üstünlükdür;
-
MS Ofis programlarının bacarıqlı istifadəçisi (Excel, PP, Word);
-
Güclü ünsiyyət bacarığı;
-
Analitik düşünmə qabiliyyəti;
-
Nəticə yönümlü.
İş şəraiti:
-
İş günləri: I-V günlər;
-
İş saatı: 09:00-18:00;
-
Rəqabət qabiliyyətli əmək haqqı.
Satış məsləhətçisi
Son tarix 20 yan 2022
Tələblər:
-
Satış təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı.
Vəzifələr:
-
Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqda məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
-
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
-
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Satış Məsləhətçisi (İşarət dili bilən)
Son tarix 20 yan 2022
Vəzifələ öhdəlikləri:
-
Şirkət tərəfindən göndərilən malları qəbul etmək, yoxlamaq, müvafiq olaraq sənədləşdirmək və bu haqda məruzə etmək;
-
Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatı vaxtında öyrənmək və tədbiq etmək;
-
Müştəriləri mağazada qarşılamaq, onların tələbatını öyrənmək, mallar haqqında ətraflı və doğru məlumat vermək;
-
Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməyə köməklik göstərmək;
-
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək;
-
Şirkət tərəfindən təşkil olunan təlimlərdə iştirak etmək və verilən tədris materiallarını öyrənmək.
Tələblər:
-
İşarət dili biliyi mütləqdir;
-
Satış təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli olmalı;
-
Satış qabiliyyəti olmalı.
İş şəraiti:
-
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
-
İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü);
-
Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
-
Şirkət daxili təlim və inkişaf imkanları;
-
Karyera yüksəlişi imkanı;
-
Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.