Banner

Vakansiyalar

"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR

"Kontakt Home" işçilər axtarır - VAKANSİYALAR | FED.az
19:21 10 Mart 2021

Vakansiya 1

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.

Vakansiya: Rəqəmsal marketing mütəxəssisi (Lead Generation Specialist)

Vəzifə öhdəlikləri:

• Partnyorlarla Rəqəmsal layihələrin aparılması;
• Əldə olunmuş məlumat əsasında nəticə və təklif formalaşdırmaq;
• Mövcud datanın necə istifadə olunmasını anlamaq, dəlillər gətirmək və növbəti addımları planlamaq;
• Rəhbərin sorğusuna əsasən məlumat toplamaq və analiz etmək;
• Böyük həcmli məlumatların emalı;
• Trafikin, kampaniyaların, elanların, açar sözlərin və auditoriyanın effektivliyinin sistematik analizi;
• Adwords, Facebook və digər reklam platformalarında mövcud reklam kampaniyaların optimizasiyasında iştirak etmək;
• Keyfiyyətli auditoriyaların cəlb olunması üçün daima yeni kanalların axtarışı və yeni ideyaların təklifi;
• Təcrübələr aparmaq və hipotizaları test etmək;
• Keyfiyyət və konversiya faizinin artırılması üçün daima çalışmaq;
• Hesabatların tərtibi, analizi və avtomatlaşdırılması;
• A/B testlərin aparılması, tracking sistemlərinin nəzarəti, optimizasiyası, yeni göstəricilərin təyin olması.

Tələblər:

• Azərbaycan dilini səlis bilməli, Rus və ya İngilis dili biliyi;
• Ali təhsil;
• Uyğun vəzifə üzrə iş təcrübəsi – 2-3 il;
• Analitik və sistematik düşüncə tərzi;
• Detallara qarçı diqqətlilik;
• Komandada işləmək bacarığı;
• Google Ads və Google Analytics üzrə praktiki təcrübə;
• CPA, KPİ, ROİ, CTR –ın satışa necə təsir etməsini tam anlamaq.

İş şəraiti:

• İş günləri: I-V günlər, istirahet günü: şənbə, bazar
• Rəqabətqabiliyyətli əmək haqqı

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:

https://qlor.me/kkmkoivl

Vakansiya 2

Vakansiya: Sosial Media üzrə mütəxəssis

Vəzifələr:

• Həftəlik/aylıq paylaşım planının hazırlanması və kontent təkliflərinin verilməsi;
• İnstagram sosial şəbəkəsinin hekayə bölməsi üçün məhsulları araşdırmaq və məhsul tanıtımı ilə bağlı videolar çəkmək;
• Hazırlanan paylaşımları plana əsasən vaxtı-vaxtında paylaşmaq;
• Rəhbərlik tərəfindən verilən tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirmək.

Zəruri tələblər:

• Xoş səs tonu və aydın nitqə sahib olmalı;
• Yüksək ünsiyyət bacarığı olmalı;
• Aktiv, çevik və məsuliyyətli olmalı;
• Sosial Media Manageri kimi iş təcrübəsinin olması;
• Sosial mediada olan trendləri və yenilikləri izləmək;
• Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/kl6fetr2

Vakansiya 3

 

Vakansiya: İnteryer Dizayner

Zəruri tələblər:

• İnteryer dizayn sahəsində gördüyü işlərdən, renderlərdən, çertyojlardan ibarət portfolionun olması;
• İnteryer dizayn sahəsinde təhsilin olması;
• İnteryer dizayn sahəsində azı 3 il iş təcrübəsi;
• Autocad, 3dmax ve Photoshop proqramlarını interyer dizaynerə lazım olacaq seviyyədə bilmək;
• Mebel chertyojları çəkə bilmək.

Vəzifələr:

• Mağazaların interyer dizaynını işləmək;
• Temir plani və mebellərin istehsal chertyojunu hazirlamaq;
• Layihənin realizasiyası və müəllif nəzarətini həyata keçirmək.

İş şəraiti:

• Əmək məcəlləsinə uyğun olaraq sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00 - 18:00
• Əmək haqqı razılaşma yolu ilə

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdaki link-ə daxil olaraq vakansiyaya müraciət edə bilərlər:
https://qlor.me/km30746t

Banner

Digər xəbərlər