"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vacancy: Operator (Servis mərkəzi)
Vəzifə öhdəlikləri:
• Servis mərkəzinə müraciət etmiş müştərilərin suallarını cavablandırmaq;
• Cihazların qəbulu və təhvili;
• Problemli müştərilərlə iş;
• Daxil olan telefon zənglərini cavablandırmaq;
• Kompyuterdə mətn yığmaq və çap etmək;
• Servisin işi ilə bağlı digər tapşırıqlar.
Tələblər:
• Ali təhsilli;
• Azərbaycan və rus dillərini səlis bilməli;
• Kompyuter proqramlarından istifadə bacarığı;
• Kollektivdə işləmək bacarığı;
• Müştərilərlə ünsiyyət təcrübəsi.
İş şəraiti:
• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V günlər, şənbə-qısa iş günü (10:00-14:00), bazar-istirahət günüdür
• İş yeri Nefçilər metrosunun yaxınlığında yerləşir
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Vəzifə: Direktor köməkçisi
Əmək funksiyaları:
• Görüş və iclasların planlaşdırılması və təşkili;
• İclas nəticələrinin qeydiyyatı və tapşırıqların siyahısının aparılması;
• Direktorun tapşırığı ilə məlumatların axtarışı və təhlili;
• Hesabatların hazırlanması;
• İş yazışmalarının aparılması;
• Sənədlərin hazırlanması;
• İşgüzar səfərlərin təşkili və inzibati dəstək;
• Aidiyyatı tapşırıqların yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil;
• Azərbaycan, rus və ingilis dillərini səllis bilməli;
• Direktor köməkçisi vəzifəsində minimum 2 il iş təcrübəsi;
• MS Word, MS Excel və MS Outlook proqramları üzrə biliklər zəruridir;
• Analitik bacarıqlar;
• Təşkilatçılıq və vaxtın düzgün idarə olunması bacarığı;
• Yüksək ünsiyyət bacarıqları.
İş barədə məlumat:
• İş vaxtı: I-V günlər, saat 09:00-18:00;
• Əmək məzuniyyəti qanunvericiliyə uyğun olaraq verilir;
• Korporativ telefon və notbuk təmin edilir.
• Əmək haqqı: 1000-2000 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.