Vakansiya 1: Çağrı mərkəzi operatoru
Vəzifə öhdəlikləri:
- Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
Tələblər:
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: hər 3 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiya 2: Onlayn hissəvi ödəniş sənədləşməsi üzrə operator
Vəzifə öhdəlikləri:
- Onlayn hissəvi müqavilələrin çap edilməsi;
- Gün ərzində mail ünvanına yazılan maillərin oxunulması, tapşırıqların icra edilməsi;
- Geri qaytarılma əməliyyatlarının icra edilməsi;
- Hissəvi ödəniş müqavilələrinin müvafiq departamentə təhvil verilməsinə nəzarət edilməsi.
Tələblər:
- Ali təhsil;
- İş təcrübəsi arzuolunandır;
- Azərbaycan dilini səlis bilməli (Rus dili biliyi arzu olunandır);
- MS Excel, MS Word, Ms Outlook biliklərinin olması;
- İşində dəqiq və məsuliyyətli olması;
- Əzmkar, çalışqan olması.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: İşçi 3 gün işləyir 1 gün istirahət edir (hər 3 gündən bir istirahət günü);
- İş saatı: 09:00-19:00;
- İş yeri: Xətai rayonu;
- Əmək haqqı: 600 AZN.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.