Kontakt Home
Biznes məsələləri üzrə menecer
Son tarix 03 apr 2025 - Müraciət et
Vəzifə öhdəlikləri:
- Satış strategiyasının həyata keçirilməsinə nəzarət edilməsi;
- Satış komandasının hədəflərə doğru yönəldilməsi və onların işinin nəzarətdə saxlanılması;
- Reklam və marketinq işlərinə nəzarət edilməsi;
- Kommersiya şöbəsinin strateji planının hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Digər struktur bölmələri ilə qarşılıqlı işin təşkil edilməsi;
- Büdcənin düzgün xərclənməsinə nəzarət edilməsi;
- Şirkətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi;
- Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqların icra edilməsi.
Tələblər:
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Satış sahəsində minimum 3 il iş təcrübəsi;
- Kommersiya fəaliyyətinin təşkil və idarə edilməsi üzrə biliklər;
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Yüksək səviyyədə idarəçilik bacarığı;
- Biznes danışıqları aparmaq bacarığı;
- Uzun müddət Gürcüstanda yaşamaq imkanı.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 09:00-18:00;
- İş yeri: Gürcüstan ofisi.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
İrad zənglərinin həlli üzrə inzibatçı
Son tarix 03 apr 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;
- Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;
- Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;
- Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;
- Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
İş şəraiti:
- İş günləri: hər 3 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00(Növbəli).
Qeyd olunan tələblərə uyğun namizədlər linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.