Kontakt Home
Çağrı mərkəzi operatoru
Son tarix 05 okt 2025 - Müraciət et
Təsvir
Daxil olan telefon zənglərinin cavablandırılması;
- Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
- Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
- Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
İş şəraiti:
- Evdən çalışmaq imkanı;
- İş günləri: hər 3-4 gündən bir istirahət günü;
- İş saatı: 09:00-17:00/10:00-18:00/11:00-19:00/13:00-21:00 (Növbəli).
Tələblər
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Müştərilərlə ünsiyyət qurma bacarığı;
- Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
- Xoş səs tonu;
- Məsuliyyətlilik və inkişafa meyillilik;
- Stresə davamlılıq;
- Emosiyalarını idarə etmə bacarığı;
- Kollektivdə komanda ilə işləmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Əmək haqqı 500 - 800 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Usta (Mebel İstehsalatı)
Son tarix 05 okt 2025 Müraciət et
Təsvir
- Təhkim edilmiş əl əlatlərinin (Drel, Lobzik, Laqonda, Perefarator və s.) sazlığını nəzarətdə saxlamaq, nasazlıq olduğu təqdirdə İstehsal Qrup rəhbərinə məlumat təqdim etmək;
- Montaj üçün təqdim edilmiş məhsulların texniki cizgilərinə nəzər yetirmək, aksesuar və bağlantı hissələrinin normativlər əsasında yoxlamaq;
- Quraşdırılacaq məhsulun detal çeşidlənməsini icra etmək;
- Məhsulun hissələrini tam şəkildə montaj etmək;
- Qüsur aşkar edildikdə rəhbərliyi məlumatlandırmaq və qüsurun həllində fəal iştirak etmək;
- Montaj sahəsinin təmizliyi nəzarətdə saxlamaq;
- Texniki təhlükəsizlik qaydalarına riayət etmək;
İş qrafiki:
- İş günləri: I-VI günlər;
- Əmək haqqı - 900 Azn;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Mağaza anbar işçisi (Fəhlə)
Son tarix 05 okt 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Mağazaya daxil olan məhsulların avtomobillərdən boşaldılması və yerləşdirilməsi;
- Anbar və mağazada məhsulların səliqə və qaydasına nəzarət edilməsi;
- Təhlükəsizlik qaydalarına riayət olunması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi..
İş şəraiti:
- Əmək haqqı: 580 AZN
- İş qrafiki: 6 iş günü, 1 istirahət günü
- İş yerləri: İnşaatçılar, 28 May, Azadlıq metrosu, Masazır
Tələblər:
- Məsuliyyətli və dəqiq olmaq;
- Punktual və işində ciddi yanaşma göstərmək;
- Komandada işləmə bacarığına malik olmaq.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Sosial media üzrə inzibatçı
Son tarix 05 okt 2025 Müraciət et
Təsvir
- Sosial şəbəkələrdə rəsmi səhifəyə gələn müraciətlərin (şərh və mesajlar) cavablandırılması;
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Satış yönümlü yazışmaların aparılması;
- Daxil olan müraciətlərin qrammatik yazı qaydalarına uyğun cavablandırılması;
- Sosial mediada şirkət haqda rəylərin monitorinq edilməsi.
İş şəraiti:
- İş günləri: 5 iş günü, 2 gün istirahət;
- İş saatı: 09:00-18:00 / 13:00-22:00 (növbəli).
Tələblər
- Ali təhsil;
- SMM üzrə iş təcrübəsi arzu olunandır;
- Səlis Azərbaycan və Rus dili biliyi (şifahi və yazılı);
- Punktuallıq və pozitivlik;
- Stresə dözümlülük.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Satış Məsləhətçisi (Bakı)
Son tarix 05 okt 2025 Müraciət et
Təsvir
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməkliyin göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
- İş günləri: 6 iş günü,1 gün istirahət;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı.
Tələblər
- Satış təcrübəsi arzu olunandır;
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi arzu olunandır;
- Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
- Satış etmə bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Mağaza assistenti (Masazır)
Son tarix 05 okt 2025 Müraciət et
Təsvir
- Mağaza əməkdaşlarına inzibati dəstəyin göstərilməsi;
- Sənədlərin və qiymətlərin çap olunması;
- Məhsulların düzgün yerləşdirilməsinə nəzarətin həyata keçirilməsi;
- Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarətin həyata keçirilməsi;
- Mağaza üçün təsərrüfat sifarişlərinin verilməsi.
İş şəraiti:
- İş günləri: I-V günlər;
- İş saatı: 10:00-19:00.
Tələblər
- Ali təhsil;
- İnzibati sahədə ən az 1 il iş təcrübəsi;
- Səlis Azərbaycan və Rus dili biliyi;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- Yüksək səviyyədə ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Müştərilərlə davranış etikası.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təhsil - Bakalavr
- Əmək haqqı 500 - 600 AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.