Vakansiya: Satış üzrə analitik
Vəzifə öhdəlikləri:
• Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
• Yeni satış imkanlarının araşdırılması və üzə çıxarılması üçün faydalı ola biləcək xarici məlumat mənbələrinin və məlumatların əldə edilməsi;
• Məhsullar üzrə mövcud satış / müştəri bazasının analitik təhlilinin aparılması;
• Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması məqsədilə müştərilərin davranış məlumatlarının təhlil edilməsi;
• Müştərilərin tələblərinə uyğun məhsul və təkliflərin hazırlana bilməsi üçün daxili və xarici məlumat bazaları analizlərinin aparılması və nəticələrin təqdim edilməsi;
• Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
• Mağazalar üzrə satış aktivliyini izləmək.
Tələblər:
• Ali təhsil;
• Uyğun sahə üzrə təcrübə;
• Yüksək excel bilikləri;
• Analitik düşüncə tərzi;
• Kollektivlə işləmə bacarığı;
• Rus dili biliyi arzu olunandır.
İş şəraiti:
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı: 1000 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjvcobne
Kredit üzrə analitik
Vəzifə öhdəlikləri:
• Kredit portfelinin analizi və təhlili;
• Analiz nəticəsində hesabatların hazırlanması;
• Departament daxili proseslərin izlənməsi, təhlil edilərək araşdırılması;
• Təkmilləşdirilməsinə ehtiyac olan proseslərin müəyyənləşdirilməsi;
• Kreditvermə prosesinin optimallaşdırılması üzrə təkliflərin verilməsi.
Tələblər:
• Ali təhsil;
• Kredit portfelinin monitorinqi/nəzarəti və ya auditi sahəsində iş təcrübəsi;
• Hesabatlar hazırlamaq və hesabatlar üzərində analizlər aparmaq bacarığı;
• Proqramlaşdırma və IT sahəsi üzrə bilik və təcrübənin olması;
• Komandada işləmək bacarığı;
• Analitik düşünmə tərzi;
• Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil arzuolunandır.
İş şəraiti:
- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 3000 AZN
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
https://qlor.me/kjph2noo
"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir. Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.
"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Vakansiya: Fəhlə
Vəzifələr:
• Anbara daxil olan məhsulların boşaldılması anbarlara yığılması;
• Məhsullara holoqram vurulması;
• Mağazalara göndərilən məhsulların avtomobillərə yüklənilməsi;
• Verilən digər tapşırıqlara vaxtında və düzgün əməl etmək.
Zəruri tələblər:
• Fiziki cəhətdən güclü olmalı:
• Diqqətçilik və məsuliyyət;
• Müvafiq sahədə iş təcrübəsi;
• Komandada işləmək bacarığı.
İş qrafiki: həftənin 6 günü, saat 09:00-18:00, bir gün istirahət günü
Əmək haqqı: 450-550 AZN
Qeyd: Anbar binəqədi ərazisində yerləşir
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər: