Kontakt Home
Dizayner/3D vizualizator
Son tarix 05 iyn 2025 - Müraciət et
Təsvir
- Müştəriyə özəl mətbəx və dolab dizaynlarının proqramlarda hazırlanması və təqdim edilməsi;
- Dizayn prosesində keyfiyyətə və konstruksiyaya önəm verərək müştəri məmnuniyyətinin təmin edilməsi;
- Məhsulda istifadə ediləcək materiallar və aksesuarlardan məlumatlı olmaq;
- Sosial mediada paylaşılacaq məhsulun post renderlərini hazırlamaq;
- Dizayn sahəsində yeniliklərdən xəbərdar olmaq və bu yenilikləri işə tətbiq etmək;
- Yeni modellərin hazırlanması, inkişaf etdirilməsi və keyfiyyətli renderlərinin işlənməsi;
- Komanda ilə birgə işləyərək layihələrin vaxtında və keyfiyyətli şəkildə tamamlanması;
Tələblər
- Dizayn proqramlarında (AutoCad, 3ds Max və digər oxşar proqramlar) yüksək səviyyədə işləmə bacarığı;
- Modelləmə və vizuallaşdırma qabiliyyəti;
- Mebel dizaynı sahəsində təcrübə;
- İngilis dili və rus dili biliyi üstünlükdür;
- Texniki çertyojlarla işləmə bacarığı üstünlükdür;
- Sürətli və keyfiyyətli işləmək bacarığı;
- Kreativ və yenilikçi yanaşma;
- Komanda ilə işləmə və ünsiyyət bacarığı;
- Microsoft Office (Word, Excel, PowerPoint və Outlook) proqramlarında işləmə bacarığı;
İş şəraiti
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00;
- Əmək haqqı: 1000 Azn + Bonus
- İş yeri; Binəqədi rayonu;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
- Təcrübə - 1-2 il
- Təhsil - Bakalavr
- Əmək haqqı - 1000 - AZN
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
SEO-kontent menecer
Son tarix 05 iyn 2025 - Müraciət et
Təsvir
- SEO optimallaşdırılmış məzmunun yaradılması (məhsul təsvirləri, kateqoriyalar, blog yazıları, meta-təsvirlər);
- Açar sözlərlə işləmək (semantikanın təhlili, mətnlərə təbii şəkildə daxil edilməsi);
- Unikal və strukturlaşdırılmış mətnlərin yazılması, axtarış alqoritmləri (Google, Yandex) nəzərə alınmaqla;
- Məzmunun redaktəsi və korrektəsi, yüksək yazı keyfiyyəti və oxunaqlılığının təmin edilməsi;
- Məzmunun iki dilə (rus və azərbaycan) uyğunlaşdırılması;
- Məzmunun effektivliyinin monitorinqi (CTR, davranış faktorları, axtarışdakı mövqelər).
Tələblər
- Rus və azərbaycan dillərini mükəmməl bilmək (qrammatika, üslub, orfoqrafiya yüksək səviyyədə);
- İxtisas üzrə təhsil arzuolunandır (jurnalistika, filologiya, dilçilik, PR);
- SEO-kopirayter kimi iş təcrübəsi üstünlük təşkil edir;
- SEO əsasları haqqında biliklər (açar sözlər, sıxlıq, LSI, uyğunluq);
- SEO alətləri ilə iş təcrübəsi (Yandex.Wordstat, Google Keyword Planner, Serpstat);
- Satış mətnlərinin yazılması bacarığı (e-commerce, blog, landinq səhifələri);
- Diqqətcil olmaq və vaxtında işləmək bacarığı;
- UX-kopiraytinq prinsiplərini bilmək üstünlükdür.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.
Satış məsləhətçisi (Ağstafa)
Son tarix 05 iyn 2025 Müraciət et
Vəzifə öhdəlikləri:
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi, yoxlanılması, müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza direktorunun tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş şəraiti:
- İş qrafiki: Növbəli;
- Şirkət məhsullarını endirimlə əldə etmək imkanı;
- Şirkət daxili təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi imkanı;
- Satış sahəsində nailiyyətlərə görə bonus və mükafatlar.
Tələblər:
- Azərbaycan dilini səlis, rus dili arzu olunandır;
- Satış təcrübəsi arzu olunandır;
- Aktiv, çevik, ünsiyyətcil və məsuliyyətli;
- Satış qabiliyyəti.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.