Kontakt Home
Biznes Analitik (Elektron Kommersiya)
Son tarix 14 may 2026 - Müraciət et
Təsvir
- Biznes tərəfindən daxil olan tələblərin toplanması, təhlili və sənədləşdirilməsi (BRD, FRD);
- Biznes proseslərinin as-is / to-be formatında təhlili, mövcud boşluq və dar yerlərin müəyyənləşdirilməsi;
- Proseslərin BPMN vasitəsilə modelləşdirilməsi, use case və user story-lərin hazırlanması;
- Tapşırıqların biznes dəyərinin qiymətləndirilməsi və backlog-un prioritetləşdirilməsində iştirak edilməsi;
- Məhsul, əməliyyat və marketinq komandaları ilə sıx əməkdaşlığın qurulması;
- Texniki spesifikasiyaların və API (REST / JSON) hazırlanması;
- Arxitektura həllərinin hazırlanmasında iştirak edilməsi, frontend, backend və verilənlər bazası üzrə biliklərin tətbiq olunması;
- Məlumatların yoxlanılması və analitik məqsədlər üçün SQL sorğularının yazılması;
- Keyfiyyətə nəzarət prosesində iştirak olunması, acceptance criteria-ların hazırlanması və UAT mərhələsinin dəstəklənməsi;
- Sənədləşdirmənin aparılması, Confluence, sequence və ER diaqramları ilə işlənməsi;
Tələblər
- IT Business Analyst, Business Analyst və ya Product Analyst vəzifəsində minimum 1 il iş təcrübəsi;
- REST API ilə iş təcrübəsi, texniki sənədlərin oxunması, Postman və Swagger alətləri ilə işləmək bacarığı;
- Analitik səviyyədə SQL bilikləri (JOIN, GROUP BY);
- BPMN, UML və sequence diaqramları hazırlamaq bacarığı;
- Agile / Scrum mühitində Jira və Confluence ilə iş təcrübəsi;
- SDLC prosesləri haqqında anlayış;
- Azərbaycan və rus dillərində sərbəst ünsiyyət bacarığı.
Vakansiya haqqında
- Vakansiya növü Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.














