Kassir (Gəncə)
Son tarix 01 dek 2021
Təsvir:
-
Müştərilər tərəfindən ödənilən pul vəsaitlərini, o cümlədən kredit ödənişlərini qəbul edir;
-
Ödənilən vəsaitləri yoxlayır və tələb olunan qaydada əməliyyat həyata keçirir;
-
Gündəlik satış məbləğini və ödənişləri əks etdirən sənədləri tərtib edir;
-
Kassadan keçən bütün pul vəsaitləri, sənədləri və qiymətləri izləyir, nəzarətdə saxlayır və hesabatını aparır;
-
Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və İşəgötürənin səlahiyyətli nümayəndəsinə təhvil verilməsini təmin edir;
-
Müştərilərin suallarını dinləyir, səlahiyyəti çərçivəsində cavablandırır və ya aidiyyatı üzrə yönəldir;
-
Yaranan problemlərlə bağlı mağaza direktoruna müraciət edir;
-
Mağaza direktorunun tapşırıqlarını vaxtında və tələb olunan qaydada yerinə yetirir.
Tələblər:
-
Ali təhsil;
-
Kassir vəzifəsində iş təcrübəsi arzu olunandır;
-
Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
-
Nağd pul ödənişləri aparmaq üçün bəsit riyazi biliklərə malik olmalı;
-
Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
-
Microsoft Office programları üzrə biliklərə malik olmalı;
-
İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.